Hindistanda zəlzələ baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, zəlzələ Assam ştatının Udalquri bölgəsində baş verib.
Zəlzələ 5.8 bal gücündə olub. Zəlzələ zamanı hər hansısa təlafat və dağıntı qeydə alınmayıb. Zəlzələ Hindistana qonşu olan Banqladeşdə və Butanda da hiss olunub.
//Nəzər.Media
