“Inclusive Organization Company”nin təsisçisi və rəhbəri İbrahim Məmmədov, inklüzivlik sahəsində göstərdiyi xidmətlərə görə “İnklüzivliyin tərəfdaşı” nominasiyası üzrə Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən fəxri diplomla təltif olundu.
Laçın Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmi tərəfdaşlığı, «Ümidlə Gəl» xeyriyyə layihəsi və Inclusive Organization Company-nin birgə təşkilatçılığı ilə “İnklüzivliyin Sirri Laçında” adlı fiziki məhdudiyyətli şəxslərin ilk konsert proqramı keçirildi.
Qeyd edək ki, layihənin əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək vermək və inklüziv cəmiyyətin inkişafına töhfə verməkdir.

