11-13 iyul tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcək “Qazaxıstan Open” beynəlxalq turnirində Azərbaycan Karate Federasiyasının və “Təhsil” Respublika İdman Mərkəzi PŞ-nin yığma komanda üzvləri ölkəmizi təmsil edəcəklər.
Yarışda ölkəmizi beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev və Vüqar Kərimov təmsil edəcəklər. Komandanın məşqçi heyətində isə Anar Məmmədov və Rüstəm Əkbərov yer alıb.
Yığmamız turnirə “Təhsil” Respublika İdman Mərkəzinin baş məşqçisi Əbülfət Qarayevin rəhbərliyi altında yollanıb.
