Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza İstanbulda baş verib.
Qəza zamanı iki avtomobil toqquşub. Hadisə zamanı iki nəfər yaralanıb. Deformasiyaya uğrayan avtomobilin içindən yaralıları xüsusi xilasetmə qrupu xilas edib. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Qəzaya səbəb olan avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Onun axtarışına və qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
