Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Samsunda baş verib.
Qəza zamanı iki avtomobil toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri idarəetməni itirərək inəyə çırpılıb. Hadisə zamanı inək tələf oldu. Qəza zamanı 6 nəfər yaralandı. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
