Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Tekirdağda baş verib.
Qəza zamanı iki avtomobil toqquşub. Hadisə zamanı avtomobillərdən biri kanala düşüb. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə maddi ziyan dəyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
