Türkiyədə eyni yolda iki qəza baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəzalar Çankırıda baş verib.
İlk qəzada TIR işıq dirəyinə çırpılaraq aşıb. İkinci qəzada isə TIR-ın köməyinə gələn yük maşınana arxadan bir minik avtomobili toqquşub. Hadisələr zamanı iki nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Qəzalarla bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
