Çexiyada qatar qəzası baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, qəza paytaxt Praqadan 132 km aralıqda baş verib.
Qəza ilə bağlı ölkənin Nəqliyyat naziri Martin Kupsa məlumat verib. O bildirib ki, qəza zamanı 57 nəfər yaralanıb. Yaralılardan 40 nəfərinin vəziyyəti yüngül olduğu üçün ambulator müalicədən sonra evə buraxılıb. 3 nəfərin vəziyyəti ağırıdır. Kupsa öz sosial şəbəkə hesabında onu da qeyd edib ki, qəza ilə bağlı araşdırmalar davam edir.
//Nəzər.Media
