• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

İkinci 11 Sentyabr baş verə bilərmi?: Tramp niyə dayandı? - KÖŞƏ

08 Aprel, 26 / 23:34
A A
İkinci 11 Sentyabr baş verə bilərmi?: Tramp niyə dayandı? - KÖŞƏ

Dünənə qədər İranı ən böyük hücumla təhdid edən Tramp bu gün atəşkəsə razılıq verdi. Bir çoxları bunu İranın qələbəsi, ABŞ-ın geri addımı kimi dəyərləndirə bilər. Ancaq aysberqin görünməyən tərəfləri də mövcuddur.

İlk olaraq onu demək lazımdır ki, ABŞ-ın özünün müharibə aparmaq mexanizmi mövcuddur. Bu klassik “hücuma keç, ərazini işğal et və mütləq nəticəni qısa zamanda əldə et” strategiyası deyil. Çünki ABŞ hər zaman apardığı müharibələrə dövlətlərin ərazi bütövlüyünə və xalqlara azadlıq veririk donunu geyindirməyi bacaran bir dövlətdir. Yəni ABŞ-ın apardığı müharibə zamanı müttəfiqlər təkcə dövlət statusuna malik olanlar olmur. ABŞ hər zaman hücuma keçdiyi ölkələrdə yerli fiqurlardan maksimum istifadə etməyi daha məqbul sayır. Bəs bu gün İran İslam Respublikasında, İraqda olduğu kimi, ABŞ-a dəstək verə biləcək yerli fiqurlar mövcuddurmu? Bəli, mövcuddur. Bunlar təkcə yaxınlarını edamda itirənlər və yaxınları hal-hazırda İran həbsxanalarında olanlar deyil. Bunların bəziləri özlərini maskalamağı da bacaran şəxslərdir. Bu şəxslər əlverişli zamanı gözləyirlər. Bu tip fiqurlar İranın siyasi elitasında, ordunun içində, ruhanilərin, hətta SEPAH-ın içində mövcuddur. Bu tip mövcudluğun olduğunu inkar etmək mümkün deyil. Yoxsa münaqişə başladığı zamandan bu günə qədər ABŞ və İsrail əllə qoymuş kimi İranın yüksək rütbəli şəxslərini aradan götürə bilməzdi.

Bu tip şəxslərin olduğunu sübut edən ikinci bir faktoru da diqqətinizə çatdırmaq istərdim. ABŞ xüsusi təyinatlıları pilotlarını İranda əməliyyat vasitəsilə təxliyə etdilər. Hər nə qədər Mərkəzi Kəşfiyyat İdarəsi onlarda pilotlarının ürək döyüntüləri ilə aşkarlayan cihazın olduğunu bildirsə də, burada həmin dediyim yerli fiqurların da ABŞ üçün xidmətləri olub. Cihaz pilotun yerini müəyyənləşdirsə də, ölkədəki xaos və ABŞ-ın birbaşa daxildən kömək alması vasitəsilə bu əməliyyat həyata keçirilib.

İndi sual olunacaq: bəs niyə ABŞ bu qədər imkanların fonunda, hətta pilotunu İran daxilindən təxliyə etməsinə baxmayaraq, birdən-birə dayandı və atəşkəsə razı oldu? Məşhur Azərbaycan məsəlində deyildiyi kimi, “Gün hansı tərəfdən çıxdı?” Gəlin günün hansı tərəfdən çıxdığını müəyyənləşdirək. Birinci ondan ibarətdir ki, ABŞ Rusiya kimi “mən hücuma keçirəm” deyib keçə bilməz. ABŞ-da çox güclü ictimai qınaq mövcuddur. 2001-ci ildə onlar Əfqanıstana daxil olmaq üçün, daha sonra İraqa daxil olmaq üçün ictimai mövqeyi buna hazırlamışdılar. 11 Sentyabr hadisələri buna bir nümunədir. Bundan sonrakı hadisələrin gedişi göz önündədir. Əvvəlcə Əfqanıstan, daha sonra isə İraq. İraq məsələsinə daha sonra qayıtmaqla mövzumuza davam edək.

Bəs ictimai rəyi hansı formada hazırlamaq olar? Diqqətlə müşahidə etsəniz, atəşkəs müddətsiz deyil. Atəşkəsin bir müddəti var. Bu iki həftə ərzində ABŞ İrandan xətalar etməsini gözləyəcək. Zatən CNN artıq manşetlərində İranın atəşkəs tələblərinə əməl etmədiyinə dair məqalələrə yer verib. İran sizcə atəşkəsə əməl edəcək? Məncə, bu atəşkəsin İran tərəfindən qorunması İran üçün davam edən münaqişədən daha çətin olacaq. Birincisi, hal-hazırda İranda xaos hökm sürür. Yəni Azərbaycana hücum nümunəsini göstərək. Naxçıvana raket atıldı və hamı raketin atılmasını birinin üzərinə atdı. Vahid komandanlığın olmaması ilə əlaqədar olaraq bilinmədi ki, raketi kim atdı. Dövlət “biz atmamışıq”, SEPAH çıxıb bəyan etdi ki, biz atmışıq. Yəni xaosun əyani göstəricisi.

İndi sizə sual olunur: belə vəziyyət yenidən yaşana bilər? Əlbəttə, yaşana bilər. Əvvəldə qeyd etdiyim kimi, ordunun, hətta SEPAH-ın içində ABŞ-a işləyən şəxslərin olmaması mümkündür. Vahid komandanlıq və Ali Baş Komandanın qərarlarının tam olmadığı bir ölkədə belə bir hücum ABŞ bazalarına qarşı atəşkəs dönəmində yenidən olsa, ABŞ buna sakit dayanacaq? Xeyr. Artıq ictimai rəyi də xeyrinə dəyişərək “baxın, vaxt vermişdik, hücum etdilər” deyəcək. Bundan sonra bütün İran ayağa qalxıb desə ki, bunu biz yox, içimizdəki xainlər etdi, bu Trampın vecinə olmayacaq. Onun üçün fərqi yoxdur ki, bunu kim etdi, niyə etdi. Ona dünənə qədər “məhv edərik” fikrini legitim edən hücumun baş verməsi əhəmiyyətli olacaq.

Bu ssenaridə olmadı, ABŞ-ın başqa ssenariləri də mövcuddur bu iki həftədə. Mən inanmıram ki, MKİ İrandan nəsə almadan şələ-şüləsini götürüb getsin. Sadəcə “Hizbullah” və “Həmas” terror təşkilatlarının Nyu-Yorkda partladacağı bir bomba kifayətdir ki, İranın yenidən hücumlarına legitimlik qazandırsın.

Bəs bunların hücumları üçün əsas varmı? Əlbəttə, var. Deyəcəklər ki, atəşkəs İran və ABŞ arasındadır. İsrail hələ də bizə hücum edir. Bəs ABŞ-ın Nyu-York olmasın, ən ucqar şəhərində, heç kimin tanımadığı bir məhəllədə partlayan bomba ABŞ-ın İrana hücumunu yenə legitim edəcək.

Bəs bütün bunlar baş verməsə, İran yenə də qalibdir?

Xeyr!! “ABŞ və İsrail kimi dövlətlər hansısa bir münaqişəyə başlamazdan əvvəl 100 ölçüb, bir biçərlər. Onlar hərbi əməliyyatlara başladıqları zaman İranın gücünün sərhədlərini əvvəlcədən bilirdilər. Həm ABŞ, həm də İsrail kəşfiyyatı İrandakı boşluqları çox ciddi analiz etməyi bacarıb. ABŞ Vyetnamdan sonra münaqişələri bir illik müharibə çərçivəsində aparmır. Onlar münaqişələri fasilələrlə onilliklərə yaymağı bacarır. Dövləti bir yumruqla yox, müxtəlif zamanlarda vurulan zərbələrlə laxlatmağa çalışır. Bəli, bir münaqişə var və bu münaqişədə ABŞ və İsrailin də iqtisadi itkiləri var. Münaqişə bunsuz mümkün deyil. Ancaq İranın iqtisadi itkiləri daha böyükdür. Münaqişə bu gün də bitsə, İrandakı rejim artıq tükənib. Siz təsəvvür edin ki, onsuz da İranda insanların sosial-iqtisadi vəziyyəti çox gərgin idi. Biz müharibənin gətirdiyi iqtisadi fəlakətləri üzərinə gəlsək, görərik ki, bu İran rejimi üçün arzuolunmaz bir faktdır. Biz Səddam Hüseyn nümunəsini göstərə bilərik. İran-İraq savaşından sonra Səddam Hüseyn İraqdakı iqtisadi problemləri həll edə bilmədi və absurd qərarları ilə yadda qaldı. Öncə o Küveytə hücum etdi və buranı işğal etdi. Sonda 1991 Körfəz savaşında məğlub oldu və ikiqat iqtisadi böhranla qarşılaşdı. Sonda isə proseslər İraq və Səddam Hüseyn üçün domino daşı effekti verdi. Sonluq da hər kəsə bəllidir. Yəqin ki, ABŞ-da beyin mərkəzlərində oturanlar bu ssenarini İran üçün də hazırlamamış olmazlar. Bir sözlə, İran bu günlə hərəkət edir. ABŞ onilliklərə davam edən İranı zəiflətmə yolu ilə gedir.

//Nəzərbəy Hacıağayev, Siyasi şərhçi

Previous Post

Türkiyədə zəlzələ olub

Next Post

Qadın voleybolçuların Yüksək Liqasında ilk yarımfinal oyunları keçirilib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.