• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Zirə"də qalib müəyyənləşmədi-YENİLƏNİB-4

07 Aprel, 26 / 19:08
A A
"Zirə"də qalib müəyyənləşmədi-YENİLƏNİB-4

Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində keçirilən “Zirə”-“Şamaxı” oyunu başa çatdı. Gərgin keçən matçda tərəflər hərəyə bir dəfə fərqlənərək bir xala qane oldular-“Zirə”-“Şamaxı”-1:1

xxxx

Oyunun 90+2-ci dəqiqəsində Edqard Adilxanov “Şamaxı”nın bərabərlik topuna imza atdı-“Zirə”-“Şamaxı”-1:1

xxxx

Oyunun 69-cu dəqiqəsində “Zirə” Leroy Mikelsin qolu ilə hesabı açdı-“Zirə”-“Şamaxı”-1:0

xxxx

Oyunun 52-ci dəqiqəsində “Şamaxı” azlıqda qaldı. Komandanın heyətində Dioqo Balau qırmızı vərəqə alaraq meydandan qovuldu-“Zirə”-“Şamaxı”-1:0

xxxxx

Bazar günü milli komandanın “FIFA Series – 2026” turniri çərçivəsində keçirilən oyunlarla əlaqədar yaranmış fasilədən sonra Azərbaycan Premyer Liqasında XXVI tura start verilib. PFL bu günə üç qarşılaşma təyin edib.

Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Komplkesinin Stadionu”nda “Şamaxı”nı qəbul edir. “Mavi qartallar”la “Şirlər”in oyununu Elçin Məsiyev idarə edir. Artıq oyunda ilk hissə arxada qaldı ilk hissədən sonra tərəflərdən heç biri fəqlənə bilmədi-“Zirə”-“Şamaxı”-0:0

Bu gün daha bir qarşılaşma baş tutacaq.

Günün və turun sonuncu qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena” “Sabah”ı qəbul edəcək. Muxtar Respublika təmsilçisi ilə “bayquşlar”ın görüşünü Fərid Hacıyev idarə edəcək.

Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turuna Bazar günü start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.

Günün və turun açılış oyununda qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Kəpəz”-“Qəbələ”-0:0. Oyunun 74-cü dəqiqəsində İsmael Akinadenin qolu ilə “Qəbələ” hesabl açıb-“Kəpəz”-“Qəbələ”-0:1. Oyunun 90-cı dəqiqəsində Domi Massumo “Qəbələ”nin ikinci topuna imza atıb-“Kəpəz”-“Qəbələ”-0:2. Bu oyunda vurulan son qol oldu və “Qəbələ” matçdan 0:2 qalib ayrılıb.

Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər Stadionun”da “Neftçi”ni qəbul edib. Artıq oyunun 36-cı dəqiqəsində “Neftçi” Fredi Varqasın qolu ilə hesabı açıb-“Sumqayıt”-“Neftçi”-0:1. İlk hissə “Neftçi”nin 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 53-cü dəqiqəsində Nikola Ninkoviç “Sumqayıt”ın bərabərlik topua imza atıb-“Neftçi”-“Sumqayıt”-1:1. Oyunun 65-ci dəqiqəsində İfeanyi Metyu “Neftçi”nin ikinci topuna imza ataraq komandasını yenidən hesabda önə keçirib-“Neftçi”-“Sumqayıt”-1:2. Oyunun 89-cu dəqiqəsində Vensan Abubakar “Neftçi”nin üçüncü topuna imza atıb-“Sumqayıt”-“Neftçi”-1:3. Bu oyunda vurulan son qol olub və “Neftçi” matçdan 1:3 qalib ayrılıb.

Dünən bir qarşılaşma baş tutub.

Günün yeganə qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edib. Artıq oyunun 23-cü dəqiqəsində “Qarabağ” Leandro Andradenin qolu ilə hesabı açıb-“Qarabağ”-“Karvan-Yevlax”-1:0. Oyunun 31-ci dəqiqəsində Kamila Duran “Qarabağ”ın ikinci topuna imza atıb-“Qarabağ”-“Karvan-Yevlax”-2:0. Oyunun 40-cı dəqiqəsində Dani Bolt “Qarabağ”ın üçüncü topuna imza atıb-“Qarabağ”-“Karvan-Yevlax”-3:0. Oyunun 43-cü dəqiqəsində Abdulla Zubir “Qarabağ”ın dördüncü topuna imza atıb-“Qarabağ”-“Karvan-Yevlax”-4:0. Oyunun 45-ci dəqiqəsində Kamila Duran dubl edərək özünün ikinci “Qarabağ”ın beşinci topuna imza atıb-“Qarabağ”-“Karvan-Yevlax”-5:0. İlk hissə “Qarabağ”ın 5:0 üstünlüyü ilə başa çatıb. Oyunun 48-ci dəqiqəsində Kamila Duran “xett-trik” edərək özünün üçüncü komandasının altıncı topuna imza atdı-“Qarabağ”-“Karvan-Yevlax”-6:0. Oyunun 64-cü dəqiqəsində Leandro Anrade dubla imza ataraq özünün ikinci komandasının yeddinci topuna imza atıb-“Qarabağ”-“Karvan-Yevlax”-7:0. Bu oynda vurulan son qol oldu və “Qarabağ” matçdan 7:0 qalib ayrıldı.

Bu gün bir qarşılaşma baş tutub.

Günün açılış qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Turan Tovuz”u qəbul edib. Artıq oyunun 45-ci dəqiqəsində “İmişli” Dioqo Kardozunun qolu ilə hesabı açıb-“İmişli”-“Turan Tovuz”-1:0. İlk hissə “İmişli”nin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 53-cü dəqiqəsində Mark Rene Mampassi “Turan Tovuz”un bərabərlik topuna imza atıb-“İmişli”-“Turan Tovuz”-1:1. Bu oyunda son qol oldu və tərəflər matçda hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldular-“İmişli”-“Turan Tovuz”-1:1.

Previous Post

Səyyar ASAN xidmət Qusarda

Next Post

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.