• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Araz-Naxçıvan" növbəti qələbəsini qazandı-YENİLƏNİB-3

12 Sentyabr, 25 / 19:40
A A
"Araz-Naxçıvan" növbəti qələbəsini qazandı-YENİLƏNİB-3

Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Kəpəz”-“Araz-Naxçıvan” oyunu başa çatdı. Gərgin keçən oyunda “Araz-Naxçıvan” 0:2 qalib gəldi.

xxxx

Oyunun 86-cı dəqiqəsində Bar Kohen “Araz-Naxçıvan”ın ikinci topuna imza atdı-“Kəpəz”-“Araz-Naxçıvan”-0:2

xxxx

Oyunun 65-ci  dəqiqəsində  “Araz-Naxçıvan” Slavik Alxazovun qolu ilə hesabı açdı-“Kəpəz”-“Araz-Naxçıvan”-0:1

xxxx

Bu gün futbol üzrə Azərbaycan milli komandasının Dünya Çempionatının seçmə mərhələsindəki oyunlarla əlaqədar yaranan fasilədən sonra Azərbaycan Premyer Liqasında IV tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün açılış matçında qədim Gəncə təmsilçisi “Kəpəz” “Qəbələ Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edir.Mövsüm başlayandan xala həsrət Nizami Yurdunun təmsilçiləri bu oyunda ən azı bir xal qazanmaq arzusundadır. “Araz-Naxçıvan” isə matçda növbəti üç xalını qazanmağı hədəfləyir. Hakim Rauf Cabarovun idarə qarşılaşmada artıq oyunda ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-“Kəpəz”-“Araz-Naxçıvan”-0:0

 

Bu gün bir qarşılaşma baş tutacaq.

Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Zirə”ni qəbul edəcək. “Köhlən atlar” matçda növbəti üç xallarını qazanmağı hədəfləyəcəklər. “Mavi qartallar” isə bu oyunda ən azı məğlub olmamaq haqqında düşünəcək.

Turun digər görüşləri Şənbə və Bazar günün keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.

Şənbə günü ilk olaraq “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. Keçən tur “Sabah”a qalib gələn “İmişli” bu tur uğurunu davam etdirmək istəyindədir. “Kimyaçılar”da maçtan qalib ayrılmaq istəyəcək.

Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Azersun Arena”da “Qəbələ”ni qəbul edəcək. “Boz qurd” matçda üç xal üçün çıxacaq. Mövsüm başlayandan 1 xala qane olan “Qəbələ” bu oyunda ən azı məğlub olmamaq haqqında düşünəcək.

Bazar günün iki qarşılaşma baş tutacaq.

İlk olaraq “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edəcək. Milliyə Dünya Çempionatında ilk xalanı bəxş edən Ayxan Abbasovun yetirmələri bu oyunda ilk 3 xallarını qazanmağı arzulayacaq. Yevlaxlılar bu oyunda qələbə qazanaraq “Qarabağ” məğlubiyyətini yaddan çıxartmaq istəyirlər.

Günün və turun sonuncu qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Sabah”ı qəbul edəcək. “Ağ-qaralar” bu oyunda ilk üç xallarını qazanmağı hədəfləyib.Keçən tur “İmişli”yə məğlub olan “bayquşlar” bu oyunda qələbə qazanmaq arzusunda olacaq.

 

Previous Post

"Qarabağ" "Zirə"ni qəbul edir-START HEYƏTLƏR

Next Post

Qazaxıstan və Özbəkistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil edilib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.