Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “Kəpəz”-“Zirə” oyunu başa çatdı. Gərgin keçən oyun 0:2 “Zirə”nin xeyrinə başa çatdı.
xxxx
Oyunun 84-cü dəqiqəsində İssa Cibrila “Zirə”nin ikinci topuna imza atdı-“Kəpəz”-“Zirə”-0:2
xxxx
Oyunun 62-ci dəqiqəsində “Zirə” Leroy Mikelsin qolu ilə hesabı açdı-“Kəpəz”-“Zirə”-0:1
xxxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib. PFL açılış gününə iki qarşılaşma təyin edib.
Günün açılış matçında qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax şəhər stadionu”nda “Zirə”ni qəbul edir. Keçən tur qələbəyə sevinən Nizami yurdunun təmsilçiləri bu oyunda ən azından məğlub olmamaq haqqında düşünür. “Mavi qartallar” isə matçda növbəti üç xallarını qazanmağa çalışır. Hakim Rəşad Əhmədovun idarə etdiyi qarşılaşamada artıq ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-“Kəpəz”-“Zirə”-0:0
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Tovuz şəhər stadionu”nda “Neftçi”ni qəbul edəcək. “Boz qurd” II pillədəki mövqeyini qorumaq üçün matçdan üç xalla ayrılamağa çalışacaq. Baş məşqçisiz “ağ-qaralar”da meydana üç xal üçün çıxacaq.
Turun digər görüşləri Şənbə və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia İdman Kompleksinin Stadionu”nda “Sabah”ı qəbul edəcək. Keçən tur “Neftçi”yə qalib gələn “İmişli” bu turda qələbə seriyasını davam etirmək istəyəcək. Keçən tur xal qazana bilməyən “bayquşlar”da meydana üç xal üçün çıxacaq.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Karvan-Yevlax”ı qəbul edəcək. Çətin “Napoli” səfərindən sonra “köhlən atlar” bu oyunda audsayder üzərində rahat qələbə qazanmaq istəyəcək. Yexlaxlılar isə çətin səfərdən gələn rəqibdən səfərdə möcüzə nəticəsində 1 xal almağa çalışacaq.
Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Bazar günü ilk olaraq “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Şamaxı” bu oyunda növbəti üç xalını qazanmağa çalışacaq. “Kimyaçılar”da bu oyuna üç xal üçün çıxacaq.
Günün və turun sonuncu oyununda “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. Meydan sahibləri bu oyunda ən azından məğlub olmamaq haqqında fikirləşəcək. Muxtar Respublika təmsilçisi isə bu oyunda növbəti üç xalını qazanmağa çalışacaq.
