• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Neftçi" yenə qələbə qazana bilmədi-YENİLƏNİB-5

19 Oktyabr, 25 / 20:25
A A
"Neftçi" yenə qələbə qazana bilmədi-YENİLƏNİB-5

Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində keçirlən “Neftçi”-“Araz-Naxçıvan” oyunu başa çatdı. Gərin keçən görüşdə tərəflər hərəyə iki dəfə fərqlənməklə bir xala qane oldular-“Neftçi”-“Araz-Naxçıvan”-2:2

xxxxx

Oyunun 55-ci dəqiqəsində Emin Mahmudov “Nefçti”nin ikinci topuna imza ataraq hesabı bərabərləşdirdi-“Neftçi”-“Araz-Naxçıvan”-2:2

xxxxx

Oyunun 47-ci dəqiqəsində Ba-Muaka Simakala dubl edərək özünün və “Araz-Naxçıvan”ın ikinci topuna imza ataraq komandasını hesabda irəli çıxartdı-“Neftçi”-“Araz-Naxçıvan”-1:2

xxxxx

“Neftçi”-“Araz-Naxçıvan” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra tərəflər hərəyə bir dəfə fərqlənib-“Neftçi”-“Araz-Naxçıvan”-1:1.
xxxx
Oyunun 36-cı dəqiqəsində Ba-Muaka Simakala “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atdı-“Neftçi”-“Araz-Naxçıvan”-1:1.
xxxx
Cümə günü milli komandanın 2026 Dünya Çempionatının Seçmə mərhələsindəki oyunları ilə əlaqədar yaranmış fasilədən sonra Azərbaycan Premyer Liqasında VIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün və turun sonuncu qarşılaşmasında “Neftçi” “Palms Sports Arena” “Araz-Naxçıvan”ı qəbul edir. “Ağ-qaralar” meydana üç xal üçün çıxır. Muxtar Respublika təmsilçisi də bu oyunda üç xal qazanmağı hədəfləyir. Hakim Fərid Hacıyevin idarə etdiyi qarşılaşmada artıq oyunun 9-cu dəqiqəsində “Neftçi” Bassala Sambunun qolu ilə hesabı açdı-“Neftçi”-“Araz-Naxçıvan”-1:0

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turuna Cümə günü start verilib. Açılış günündə iki qarşlaşma baş tutub.

Günün və turun ilk oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 11-ci dəqiqəsində “Şamaxı” Sezar Enrikenin qolu ilə hesabı açıb-“Şamaxı”-“Kəpəz”-1:0. Oyunun 34-cü dəqiqəsində Fərid Nəbiyev “Kəpəz”in bərabərlik topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:1. Oyunun 39-cu dəqiqəsində Fərid Nəbiyev dubl edərək özünün və “Kəpəz”in ikinci topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:2. Oyunun 45+1-ci dəqiqəsində “Şamaxı” azlıqda qalıb. Komandanın heyətində Abdullahi Şuaybu qırmızı vərəqə alaraq meydandan qovulub-“Şamaxı”-“Kəpəz”-1:2. İlk hissə “Kəpəz”in 1:2 üstünlüyü ilə başa çatıb. Oyunun 67-ci dəqiqəsində Luis Paçu “Kəpəz”in üçüncü topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:3. Oyunun 85-ci dəqiqəsində Luis Paço dubla imza ataraq özünün ikinci komandasının dördüncü topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:4. Bu oyunda vurulan son qol olub və “Kəpəz” mövsümdə ilk qələbəsini reallaşdırıb.

Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Azərsun Arena”da “Qarabağ”ı qəbul edib.Artıq oyunun 40-cı dəqiqəsində “Turan Tovuz” Alexandro Serrano penaltidən qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Qarabağ”-1:0. İlk hissə “Turan Tovuz”un 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 55-ci dəqiqəsində “Qarabağ” Nəriman Axundzadənin qolu ilə hesabı bərabərləşdirib-“Turan Tovuz”-“Qarabağ”-1:1. Oyunun 63-cü dəqiqəsində Abdullah Zubir “Qarabağ”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Turan Tovuz”-“Qarabağ”-2:1.Bu oyunda vurulan son qol oldu “Qarabağ” matçdan 1:2 qalib ayrıldı.

Dünən iki qarşılaşma baş tutub.

İlk olaraq “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Qəbələ”ni qəbul edib. Artıq oyunun 43-cü dəqiqəsində “Qəbələ” Domi Massumonun qolu ilə hesabı açıb-“İmişli”-“Qəbələ”-1:0. Görüşün ilk hissəsi 0:1 “Qəbələ”nin xeyrinə başa çatıb. Oyunun 47-ci dəqiqəsində İbrahim Sanqare “Qəbələ”nin ikinci topuna imza atıb-“İmişli”-“Qəbələ”-0:2. Oyunun 74-cü dəqiqəsində Ronaldo de Souza “İmişli”nin qoluna imza ataraq hesab arasındakı fərqi azaldıb-“İmişli”-“Qəbələ”-1:2.Oyunun 80-ci dəqiqəsində Dioqo Almeyda “İmişli”nin ikinci topuna imza atraq hesabı bərabərləşdirib-“İmişli”-“Qəbələ”-2:2. Bu görüşdə vurulan son qol oldu və tərəflər hərəyə iki dəfə fərqlənməklə bir xala qane oldular.

Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər stadionu”n “Karvan-Yevlax”ı qəbul edib. Artıq oyunun 12-ci dəqiqəsində “Sumqayıt” Ronaldo Vaskezin qolu ilə hesabı açıb-“Sumqayıt”-“Karvan-Yevlax”-1:0. Oyunun 43-cü dəqiqəsində Coy Sleyd Mikels “Karvan-Yevlax”ın bərabərlik topuna imza atıb-“Sumqayıt”-“Karan-Yevlax”-1:1. Görüşün ilk hissəsi tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“Sumqayıt”-“Karan-Yevlax”-1:1.Oyunun 54-cü dəqiqəsində Aleksandr Ramalinqom penaltidən “Sumqayıt”ın ikinci topuna imza ataraq komandasını yenidən hesabda önə keçirib-“Sumqayıt”-Karvan-Yevlax”-2:1. Oyunun 59-cu dəqiqəsində Aleksa Yankoviç “Sumqayıt”ın üçüncü topuna imza atıb-“Sumqayıt”-“Karvan-Yevlax”-3:1.Oyunun 65-ci dəqiqəsində Aleksandr Ramalinqom penaltidən dubl edərək özünün ikinci və komandasının dördüncü topuna imza atıb-“Sumqayıt”-“Karvan-Yevlax”-4:1.Bu oyunda vurulan son qol olub və “Sumqayıt” matçdan 4:1 qalib ayrılıb.

Bu gün bir qarşlaşma baş tutub.

Günün ilk qarşılaşmasında “Bank Respublika Arena”da “Sabah” “Zirə”ni qəbul edib. Artıq oyunun 42-ci dəqiqəsində “Sabah” Aron Maludanın qolu ilə hesabı açıb-“Sabah”-“Zirə”-1:0.Oyunun 45+2-ci dəqiqəsində Velko Simiç “Sabah”ın ikinci topuna imza atıb-“Sabah”-“Zirə”-2:0. İlk hissə “Sabah”ın 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun 75-ci dəqiqəsində Velko Simiç dubl edərək özünün ikinci “Sabah”ın üçüncü topuna imza atıb-“Sabah”-“Zirə”-3:0. Bu oyunda sonuncu qol olub və “Sabah” üç xalı üç cavabsız qol vuraraq qazanıb“Sabah”-“Zirə”-3:0.

 

Previous Post

"Sabah" üç xalı üç cavabsız qolla qazandı-YENİLƏNİB

Next Post

Azərbaycan Premyer Liqası VIII TUR-NƏTİCƏLƏR-TURNİR CƏDVƏLİ

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.