• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Sabah" üç  xalı üç cavabsız qolla qazandı-YENİLƏNİB-4

 

29 Noyabr, 25 / 16:26
A A
"Sabah" üç  xalı üç cavabsız qolla qazandı-YENİLƏNİB-4 

Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “İmişli”-“Sabah” oyunu başa çatdı. Gərgin keçən matçda “Sabah” üç  xalı üç cavabsız qolla qazandı-“İmişli”-“Sabah”-0:3

xxxx

Oyunun 90+3-cü dəqiqəsində Kahim Parris “Sabah”ın üçüncü topuna imza atdı-“İmişli”-“Sabah”-0:3

xxxx

Oyunun 60-cı dəqiqəsində Stiv Solvet “Sabah”ın ikinci topuna imza atdı-“İmişli”-“Sabah”-0:2

xxxx

Oyunun 54-cü dəqiqəsində “Sabah” Amin Seydiyevin qolu ilə hesabı açdı-“İmişli”-“Sabah”-0:1

xxxx

Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia İdman Kompleksinin Stadionu”nda “Sabah”ı qəbul edir. Keçən tur “Neftçi”yə qalib gələn “İmişli” bu turda qələbə seriyasını davam etirmək istəyir. Keçən tur xal qazana bilməyən “bayquşlar”da meydana üç xal üçün çıxıb Hakim Elçin Məsiyevin idarə etdiyi qarşılaşmada artıq ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənənə bilməyib-“İmişli”-“Sabah”-0:0

 

Bu gün daha bir qarşılaşma baş tutacaq.

Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Karvan-Yevlax”ı qəbul edəcək. Çətin “Napoli” səfərindən sonra “köhlən atlar” bu oyunda audsayder üzərində rahat qələbə qazanmaq istəyəcək. Yexlaxlılar isə çətin səfərdən gələn rəqibdən səfərdə möcüzə nəticəsində 1 xal almağa çalışacaq.

Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.

Bazar günü ilk olaraq “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Şamaxı” bu oyunda növbəti üç xalını qazanmağa çalışacaq. “Kimyaçılar”da bu oyuna üç xal üçün çıxacaq.

Günün və turun sonuncu oyununda “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. Meydan sahibləri bu oyunda ən azından məğlub olmamaq haqqında fikirləşəcək. Muxtar Respublika təmsilçisi isə bu oyunda növbəti üç xalını qazanmağa çalışacaq.

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turuna dünən start verilib. PFL açılış gününə iki qarşılaşma təyin edib.

Günün ilk oyununda “Kəpəz” “Yevlax şəhər stadionu”nda “Zirə”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Kəpəz”-“Zirə”-0:0. Oyunun 62-ci dəqiqəsində “Zirə” Leroy Mikelsin qolu ilə hesabı açıb-“Kəpəz”-“Zirə”-0:1. Oyunun 84-cü dəqiqəsində İssa Cibrila “Zirə”nin ikinci topuna imza atıb-“Kəpəz”-“Zirə”-0:2. Bu oyunda vurulan son qol olub və “Zirə” matçdan 0:2 qalib ayrılıb.

Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Neftçi”ni qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-“Turan Tovuz”-“Neftçi”-0:0. Oyunun ikinci hissəsi də qolsuz bərabərliklə bitib və beləcə görüş başladığı hesabla bitib-“Turan Tovuz”-“Neftçi”-0:0

 

Previous Post

"Qarabağ" "Karvan-Yevlax"ı qəbul edir-START HEYƏTLƏR

Next Post

"Qarabağ" növbəti qələbəsini qazandı-YENİLƏNİB-3

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.