• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Turan Tovuz" növbəti qələbəsini qazandı-YENİLƏNİB-2

13 Sentyabr, 25 / 20:56
A A
"Turan Tovuz" növbəti qələbəsini qazandı-YENİLƏNİB-2

Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Turan Tovuz”-“Qəbələ” oyunu başa çatdı. Gərgin keçən oyun 1:0 “Turan Tovuz”un xeyrinə başa çatdı-“Turan Tovuz”-“Qəbələ”-1:0

xxxxx

 

Oyunun 54-cü dəqiqəsində “Turan Tovuz” Aleks Souza qolu ilə hesabı açdı-“Turan Tovuz”-“Qəbələ”-1:0

xxxx

Dünən futbol üzrə Azərbaycan milli komandasının Dünya Çempionatının seçmə mərhələsindəki oyunlarla əlaqədar yaranan fasilədən sonra Azərbaycan Premyer Liqasında IV tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Azersun Arena”da “Qəbələ”ni qəbul edir. “Boz qurd” matçda üç xal üçün çıxır. Mövsüm başlayandan 1 xala qane olan “Qəbələ” bu oyunda ən azı məğlub olmamaq haqqında düşünür.Hakim Cavid Cəlilovun idarə etdiyi qarşılaşmada artıq oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-“Turan Tovuz”-“Qəbələ”-0:0

Bazar günün iki qarşılaşma baş tutacaq.

İlk olaraq “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edəcək. Milliyə Dünya Çempionatında ilk xalanı bəxş edən Ayxan Abbasovun yetirmələri bu oyunda ilk 3 xallarını qazanmağı arzulayacaq. Yevlaxlılar bu oyunda qələbə qazanaraq “Qarabağ” məğlubiyyətini yaddan çıxartmaq istəyirlər.

Günün və turun sonuncu qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Sabah”ı qəbul edəcək. “Ağ-qaralar” bu oyunda ilk üç xallarını qazanmağı hədəfləyib.Keçən tur “İmişli”yə məğlub olan “bayquşlar” bu oyunda qələbə qazanmaq arzusunda olacaq.

Dünən iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “Kəpəz” “Qəbələ Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesaba bitib–“Kəpəz”-“Araz-Naxçıvan”-0:0. Oyunun 65-ci dəqiqəsində “Araz-Naxçıvan” Slavik Alxazovun qolu ilə hesabı açıb-“Kəpəz”-“Araz-Naxçıvan”-0:1. Oyunun 86-cı dəqiqəsində Bar Kohen “Araz-Naxçıvan”ın ikinci topuna imza atıb-“Kəpəz”-“Araz-Naxçıvan”-0:2. Bu görüşdə vurulan sonuncu qol olub və “Araz-Naxçıvan” matçdan 0:2 qalib ayrılıb.

Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Zirə”ni qəbul edib. Artıq oyunun 39-cu dəqiqəsində “Zirə” Ruan Renatonun penaltidən qolu ilə hesabı açıb-“Qarabağ”-“Zirə”-0:1.İlk hissə “Zirə”nin 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 81-ci dəqiqəsində Kadi Borges “Qarabağ”ın bərabərlik topuna imza atıb-“Qarabağ”-“Zirə”-1:1.Bu oyunda vurulan son olub və beləcə tərəflər hərəyə bir qol vurmaqla bir xala razı olub-“Qarabağ”-“Zirə”-1:1

Bu gün bir qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“İmişli”-“Sumqayıt”-0:0. Oyunun 72-ci dəqiqəsində “İmişli” “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətovun avtoqolu ilə hesabı açıb-“İmişli”-“Sumqayıt”-1:0.Oyunun 90+4-cü dəqiqəsində “İmişli” azlıqda qalıb. Komandanın heyətində Rafael Vieqaş qırmızı vərəqə alaraq meydandan qovulıb-“İmişli”-“Sumqayıt”-1:0. Bu oyunda yadda qalan son hadisə olub və “İmişli” matçda 1:0 qalib gələrək mövsümdə ikinci qələbəsini reallaşdırdı-“İmişli”-“Sumqayıt”-1:0.

Previous Post

“İmişli”yə texniki məğlubiyyət veriləcək

Next Post

Giorgi Meşvildişvili dünya çempionatının finalında

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.