Azərbaycan Premyer Liqasının I turu çərçivəsində keçirilən “Karvan-Yevlax”-“Qəbələ” oyunu başa çatdı. Gərgin keçən oyunda tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldular.
xxxx
Oyunun 78-ci dəqiqəsində “Karvan-Yevlax” “Qəbələ”nin heyətindən Murad Musayevin avtoqolu ilə hesabı bərabərləşdirdi-“Karvan-Yevlax”-“Qəbələ”-1:1
Oyunun 64-cü dəqiqəsində “Qəbələ” Domi Massumoqolu ilə hesabı açdı-“Karvan-Yevlax”-“Qəbələ”-1:0
xxxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünə start verilib. PFL bu günə bir qarşılaşma təyin edib.
Mövsümün və I turun ilk oyununda Yevlaxın “Karvan-Yevlax” klubu “Şamaxı Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edir. Yevlax təmsilçisi uzun müddətdən sonra Premyer Liqaya məğlub olmadan başlamaq istəyir. “Qəbələ” Premyer Liqaya geri dönüşünü qələbə ilə etmək istəyir. Hakim Əliyar Ağayevin idarə etdiyi qarşılaşamda artıq oyunda ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-“Karvan-Yevlax”-“Qəbələ”-0:0
Turun digər görüşləri Şənbə, Bazar və Çərşənbə axşamı günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “İmişli” “Şamaxı Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. Debütant “İmişli” Premyer Liqada debüt oyununda məğlub olmamaq haqqında düşünəcək. “Turan Tovuz” isə ilk oyunda debütant üzərində qələbə qazanaraq mövsümə qələbə ilə başlamaq istəyir.
Günün ikinci mövsümün üçüncü qarşılaşmasında “Neftçi” “Neftçi Arena”da “Şamaxı”nı qəbul edəcək. Yenilənmiş “Neftçi” yeni mövsümdə iddialarını ortaya qoymaq üçün doğma publika önündə mövsümə qələbə ilə başlamaq istəyir. “Şamaxı” isə ilk oyunda məğlub olmamaq haqqında düşünəcək.
Bazar günü bir qarşılaşma baş tutacaq.
Günün yeganə oyununda gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Kimyaçılar” doğma publika önündə mövsümə qələbə ilə başlamaq istəyir. Nizami yurdunun təmsilçiləri isə mövsümə ən azı məğlub olmadan başlamaq istəyəcəklər.
Çərşənbə axşamı günü bir qarşılaşma baş tutacaq.
Günün yeganə və turun sonuncu qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Mavi qartallar” doğma publika önündə qələbə qazanmaq istəyir. Avrokuboklarda darmadağın olaraq vidalaşan Muxtar Respublika təmsilçisi azərkeşlərin kölnünü almaq üçün bu oyunda qələbə qazanmağa cəhd edəcək.
Qeyd edək ki, “Bank Respublika Arena”da baş tutacaq “Sabah”-“Qarabağ” oyunu “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı oyunu ilə əlaqədar təxirə salınıb.
