• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Zirədə qalib müəyyənləşmədi-YENİLƏNİB-2

08 Noyabr, 25 / 20:45
A A
Zirədə qalib müəyyənləşmədi-YENİLƏNİB-2

Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində keçirilən “Zirə”-“Turan Tovuz” oyunu başa çatdı. Gərgin keçən matç başladığı hesabla bitti-“Zirə”-“Turan Tovuz”-0:0

xxxx

Oyunun 60-cı dəqiqəsində “Turan Tovuz” azlıqda qaldı. Komandanın heyətində Roberto Olabe ikinci sarı vərəqə alaraq meydandan qovuldu-“Zirə”-“Turan Tovuz”-0:0

xxxxx

Dünən futbol üzrə XI tura start verilib. PFL Zəfər turunun ikinci gününə iki oyun təyin edib.

Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda “Turan Tovuz”u qəbul edir. Həm “mavi qartallar” həm “boz qurd” bu oyunda qələbə qazanmaq istəyir. Hakim Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada artıq oyunda ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-“Zirə”-“Turan Tovuz”-0:0

Turun sonuncu görüşləri Bazar günü keçirilcək. Bazar günü iki qarşılaşma baş tutacaq.

İlk olaraq qədim Gəncə təmsilçisi “Kəpəz” “Qəbələ Şəhər Stadionu”nda “Sabah”ı qəbul edəcək. Nizami yurdunun təmsilçiləri bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək. “Bayquşlar” isə meydana üç xal üçün çıxacaq.

Günün və Zəfər turunun sonuncu görüşündə “Azərsun Arena”da “Qarabağ” “Neftçi”ni qəbul edəcək. “Çelsi”yə məğlub olmayan “köhlən atlar” Azərbaycan derbisində də qələbə qazanmaq istəyəcək. Abubaklı “Neftçi”də bu oyunda Azərkeşlərini sevindirmək arzusunda olacaq.

Qeyd edək ki, XI tura dünən start verilib. Açılış günündə iki qarşılaşma təyin olunub.

Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “İmişli”ni qəbul edib. Oyunun ilk hissəsi başladığı hesabla bitdi-“Şamaxı”-“İmişli”-0:0. Oyunun 78-ci dəqiqəsində “İmişli” Karim Rossinin qolu ilə hesabı açdı-“Şamaxı”-“İmişli”-1:0. Bu oyunda vurulan son qol oldu və “Şamaxı” matçdan 1:0 qalib ayrıldı.

Günün ikinci qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda gənlik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Qəbələ”-“Sumqayıt”-0:0.Oyunun 54-cü dəqiqəsində “Sumqayıt” Rüstəm Əhmədzadənin qolu ilə hesabı açıb-“Qəbələ”-“Sumqayıt”-0:1. Oyunun 82-ci dəqiqəsində Aleksandr Ramalinqom “Sumqayıt”ın ikinci topuna imza atıb-“Qəbələ”-“Sumqayıt”-0:2. Bu oyunda vurulan son qol olub və “Sumqayıt” matçdan 0:2 qalib ayrıldı.

Bu gün bir qarşılaşma baş tutub.

Bu görüşdən əvvəl “Araz-Naxçıvan” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edib. Artıq oyunun 16-cı dəqiqəsində “Karvan-Yevlax” Araz Abdullayevin qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“Karvan-Yevlax-0:1. İlk hissə “Karvan-Yevlax”ın 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 65-ci dəqiqəsində Hamidu Keyta “Araz-Naxçıvan”-ın bərabərlik topuna imza atıb-“Araz-Naxçıvan”-“Karvan-Yevlax-1:1.Oyunun 90+2-ci dəiqəsində Felipe Santos penaltidən “Araz-Naxçıvan”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib–“Araz-Naxçıvan”-“Karvan-Yevlax-2:1. Bu oyunda vurulan son qol oldu və “Araz-Naxçıvan” matçdan 2:1 qalib ayrılıb.

Previous Post

"Araz-Naxçıvan" növbəti qələbəsini qazandı-YENİLƏNİB-4

Next Post

ASAN könüllüləri Zəfər Gününü qeyd ediblər

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.