Dünən milli komandanın 2026 Dünya Çempionatının Seçmə mərhələsindəki oyunları ilə əlaqədar yaranmış fasilədən sonra Azərbaycan Premyer Liqasında VIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günü ilk olaraq “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Qəbələ”ni qəbul edəcək. Premyer Liqanın sürpriz komandaların dan olan “İmişli” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. “Qəbələ” isə bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək. Hakim İnqilab Məmmədovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
“İmişli”nin start heyəti:
33. Andrey Sinenka(GK)
19. Azər Salahlı (C)
21. Abbas Ağazadə
5. İdris İnqilablı
94. Rafael Vieqaş
10. Nikola Karaklaiç
29. Edvin Banquera
14. Ronaldo de Souza
9. Dioqo Almeyda
23. Dioqo Rollo
7. Luis Silvestr
“İmişli”nin ehtiyat oyunçuları:
1. Hüseynəli Quliyev(GK)
99. İmam Əli(GK)
77. Elmir Rəhimzadə
22. İbrahim Əliyev
97. Xəzər Mahmudov
44. Həzrət İsayev
11. Vüsal Qənbərov
27. Lətif Rzayev
3. Tuncay Yusifli
17. Ezekiel Morqan
“İmişli”nin baş məşqçisi:Jorj Kaşkilya
“Qəbələ”nin start heyəti:
1. Səlahət Ağayev(GK)
28. Murad Musayev (C)
13. Nicat Əliyev
74. Süleyman Damadayev
10. Şahin Şahniyarov
27. Eşqin Əhmədov
12. İbrahim Sanqare
50. Adriel Ba Loua
3. Eduardo Kunde
6. Xayme Syerra
14. Domi Massumo
“Qəbələ”nin ehtiyat oyunçuları:
94. Həbib Hüşənov(GK)
25. Nicat Kərimov
11. Asif Məmmədov
22. Fərid İsgəndərov
97. Elşad Tağıyev
66. Nuğay Rəşidov
26. Elnur Mustafayev
17. Qədir Ramazanov
21. Ziya Şəkərxanov
70. Paulo Quimbila
“Qəbələ”nin baş məşqçisi:Kaxaber Tsxadadze
Bu gün bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər stadionu”n “Karvan-Yevlax”ı qəbul edəcək. “Kimyaçılar” bu oyunda növbəti qələbələrini qazanmağa çalışacaq. Yevlax təmsilçisi isə bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Turun sonuncu görüşləri Bazar günü baş tutacaq. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Bank Respublika Arena”da “Sabah” “Zirə”ni qəbul edəcək. “Bayquşlar” doğma meydanda növbəti qələbələrini qazanmağa çalışacaq. “Mavi qartallar”da Masazırda üç xal üçün mübarizə aparacaq.
Günün və turun sonuncu qarşılaşmasında “Neftçi” “Palms Sports Arena” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Ağ-qaralar” meydana üç xal üçün çıxacaq. Muxtar Respublika təmsilçisi də bu oyunda üç xal qazanmağı hədəfləyəcək.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turuna dünən start verilib. Açılış günündə iki qarşlaşma baş tutub.
Günün və turun ilk oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 11-ci dəqiqəsində “Şamaxı” Sezar Enrikenin qolu ilə hesabı açıb-“Şamaxı”-“Kəpəz”-1:0. Oyunun 34-cü dəqiqəsində Fərid Nəbiyev “Kəpəz”in bərabərlik topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:1. Oyunun 39-cu dəqiqəsində Fərid Nəbiyev dubl edərək özünün və “Kəpəz”in ikinci topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:2. Oyunun 45+1-ci dəqiqəsində “Şamaxı” azlıqda qalıb. Komandanın heyətində Abdullahi Şuaybu qırmızı vərəqə alaraq meydandan qovulub-“Şamaxı”-“Kəpəz”-1:2. İlk hissə “Kəpəz”in 1:2 üstünlüyü ilə başa çatıb. Oyunun 67-ci dəqiqəsində Luis Paçu “Kəpəz”in üçüncü topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:3. Oyunun 85-ci dəqiqəsində Luis Paço dubla imza ataraq özünün ikinci komandasının dördüncü topuna imza atıb-“Şamaxı”-“Kəpəz”-1:4. Bu oyunda vurulan son qol olub və “Kəpəz” mövsümdə ilk qələbəsini reallaşdırıb.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Azərsun Arena”da “Qarabağ”ı qəbul edib.Artıq oyunun 40-cı dəqiqəsində “Turan Tovuz” Alexandro Serrano penaltidən qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Qarabağ”-1:0. İlk hissə “Turan Tovuz”un 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 55-ci dəqiqəsində “Qarabağ” Nəriman Axundzadənin qolu ilə hesabı bərabərləşdirib-“Turan Tovuz”-“Qarabağ”-1:1. Oyunun 63-cü dəqiqəsində Abdullah Zubir “Qarabağ”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Turan Tovuz”-“Qarabağ”-2:1.Bu oyunda vurulan son qol oldu “Qarabağ” matçdan 1:2 qalib ayrıldı.
