Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start veriləcək. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün açılış qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Zirə”ni qəbul edəcək. Möcüzələrə imza atan debütant “İmişli” bu oyunda növbəti möcüzəni reallaşdırmaq arzusunda olacaq. “Zirə” matça növbəti üç xalını qazanmaq üçün çıxacaq. Hakim Əli Əliyevin idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
“İmişli”nin start heyəti:
33. Andrey Sinenka(GK)
19. Azər Salahlı (C)
21. Abbas Ağazadə
44. Həzrət İsayev
10. Nikola Karaklaiç
29. Edvin Banquera
14. Ronaldo de Souza
9. Dioqo Almeyda
23. Dioqo Rollo
17. Ezekiel Morqan
7. Luis Silvestr
“İmişli”nin ehtiyat oyunçuları:
1. Hüseynəli Quliyev(GK)
99. İmam Əli(GK)
97. Xəzər Mahmudov
5. İdris İnqilablı
22. İbrahim Əliyev
11. Vüsal Qənbərov
77. Elmir Rəhimzadə
27. Lətif Rzayev
3. Tuncay Yusifli
“İmişli”nin baş məşqçisi: Jorj Kaşkilya
“Zirə”nin start heyəti:
97. Tiaqo Silva(GK)
32. Qismət Alıyev (C)
8. İsmayıl İbrahimli
4. Ruan Renato
9. Davit Volkov
10. Giorgi Papunaşvili
20. İssa Cibrila
93. Brahim Konate
5. Ange Mutsinzi
11. Junior Martins
17. Ayron Qomis
“Zirə”nin ehtiyat oyunçuları:
13. Aydın Bayramov(GK)
41. Anar Nəzirov(GK)
77. Yeqor Boqomolski
70. Namik Ələskərov
25. Enrike Kustodio
21. Hacıağa Hacılı
7. Rövlan Muradov
14. Elçin Əlicanov
29. Ceyhun Nuriyev
26. Stefan Aka
30. Rikardo Martins
6. Eldar Quliyev
“Zirə”nin baş məşqçisi:Rəşad Sadıqov
Bu gün bir qarşılaşma tutacaq.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Qəbələ”ni qəbul edəcək. “Qarabağ” meydana növbəti üç xalını qazanmaq üçün çıxacaq. “Qəbələ” isə matçda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Turun digər görüşləri sabah və Bazar günü keçiriləcək. Sabah iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Şirlər” doğma publika önündə qələbə qazanmaq istəyəcək. Keçən turda darmadağın olan Muxtar Respublika təmsilçisi də bu oyunda qələbə qazanmaq haqqında düşünəcək.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sport Arena”da “Karvan-Yevlax”ı qəbul edəcək. Keçən tur mövsümdə ilk qələbəsini qazanan “ağ-qaralar” bu turda növbəti qələbəni qazanmaq istəyəcək. Qonaqlar isə qələbəyə ac olan “Neftçi”yə ən azından məğlub olmamaq haqqında düşünəcək.
Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında Qərb derbisi çərçivəsində “Turan Tovuz” “Azərsun Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Boz qurd” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. Nizami yurdunun təmsilçiləri isə bu oyunda mövsümdə ən azı ilk xallarını qazanmağa çalışacaq.
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Bayquşlar” matçda növbəti üç xallarını qazanmağa çalışacaq. “Kimyaçı”larda Masazırda qələbəyə sevinmək istəyirlər.
