• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Dünya

İndoneziyadan sərt addım: Maskın “Grok” çatına qadağa qoyuldu

11 Yanvar, 26 / 19:03
A A
İndoneziyadan sərt addım: Maskın “Grok” çatına qadağa qoyuldu

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

İndoneziya hökuməti İlon Maskın rəhbərlik etdiyi xAI şirkətinin hazırladığı “Grok” adlı süni intellekt çatına müvəqqəti məhdudiyyət tətbiq edib. Qərar təhlükəsizlik və etik narahatlıqlarla əsaslandırılıb.

Bu barədə “The Guardian” nəşri yazıb.

İndoneziya “Grok”un fəaliyyətini məhdudlaşdıran ilk ölkə kimi tarixə düşüb. Hakimiyyət orqanlarının açıqlamasına əsasən, çatın görüntü yaratma funksiyası vasitəsilə qeyri-qanuni məzmunun, xüsusilə azyaşlıların iştirakı ilə pornoqrafik materialların hazırlanması halları aşkar edilib.

Ölkənin Kommunikasiya və Rəqəmsal Texnologiyalar naziri Meytiya Hafid bildirib ki, cinsi xarakterli dipfeyklər insan hüquqlarını pozur və vətəndaşların rəqəmsal mühitdə təhlükəsizliyinə ciddi risk yaradır.

Məsələ ilə əlaqədar olaraq, rəsmi qurumlar sosial media platforması “X”in nümayəndələrini izahat üçün görüşə dəvət ediblər.

İlon Mask isə mövzuya münasibət bildirərək qeyd edib ki, “Grok” vasitəsilə qanunsuz məzmun yaradan istifadəçilər, həmin materialları özləri yükləmiş şəxslər kimi eyni hüquqi məsuliyyət daşıyacaqlar.

//Milli.az

Previous Post

ABŞ Maduro əməliyyatında bu gizli silahdan istifadə edib - İddia

Next Post

“Orada qardaş keçmir” - Finalda qarşılaşan Əhmədiyevlər danışdı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.