İran BMT-dəki daimi nümayəndəsi Said İravani bir sıra ərəb ölkələrini rəsmi şəkildə şikayət edib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, o, Birləşmiş Millətlər Təşkilatı Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına müraciət ünvanlayıb.
Məktubda İranın suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün zəruri addımları atmaq hüququnun olduğu vurğulanıb. Tehran həmçinin bəzi ölkələri öz ərazilərinin İrana qarşı istifadə edilməsinin qarşısını almağa çağırıb.
//Nəzər.Media
