İranın Xarici İşlər Naziri Abbas Ərəqçı özünün “X” sosial şəbəkə hesabında İranın nüvə məsələ ilə bağlı danışıqlarla əlaqədar paylaşım edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İranın XİN rəhbərin İranın nüvə məsələsində Avropadan yayındırıcı cavablar aldığını bildirib.
“BMT-nin İrana yeni sanksiyalar tədbiq edəcəyindən sonra Avropalı ölkələrlə müzakirələrə başlamaq istədik. Ancaq onlardan İranın nüvə məsələ ilə bağlı yayındırıcı və yeni tələblərlə dolu təkliflər aldıq. İngiltərə, Fransa və Almaniyanın tələbləri ” snapback” diplomatiyası ilə üz-üzə qaldıq. Bu özlərini E-3 adlandıranların köhnə diplomatik mexanizimidir”-deyə Əraqçı bildirib.
//Nəzər.Media
