İsrail ordusu Livanın cənubundakı bir sıra əraziləri hədəfə alıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, hücumlar zamanı bir neçə bölgəyə artilleriya zərbələri endirilib.
Livanın Milli Xəbər Agentliyi yaşayış məntəqələrinə də zərbələr endirildiyini bildirib. Məlumata görə, hücumlarda Mərsuri və Haris-Hədətə əraziləri də hədəf olub. Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.
//Nəzər.Media
