İsrail ordusu yenə Livana zərbələr endirib. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, bu dəfə hücumlar iki fərqli bölgəyə olub.
İsrail təyyarələri Sur şəhərində yerləşən əş-Şihabiye ilə Bint əl-Cubeyl şəhərinə yerləşən Burc əl-Kalaviyəyə zərbələr endirib. Zərbələr zamanı iki bina dağıdılıb. Livan tərəfinin məlumatına görə hücum zamanı təlafat qeydə alınmayıb.
//Nəzər.Media
