İsrailin müdafiə naziri Yisrael Katz İranın hücum ehtimalının artdığını bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Katz İranın sentyabr ayında İsrailə hücum edə biləcəyini iddia edib.
Katz ABŞ-ın İrana qarşı iqtisadi təzyiqinin artdığını deyib. Onun sözlərinə görə, İsrail ABŞ-la birlikdə müdafiə və hücum planlarına hazırlaşır. Katz “Təyyarələrimiz havaya qalxmağa hazırdır”- deyərək İrana xəbərdarlıq edib.
//Nəzər.Media
