İsveç hökuməti ölkədən könüllü ayrılan miqrantlara 37 min dollara qədər pul verməyi təklif edib. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, proqram miqrantların öz ölkələrinə qayıtmasını təşviq etmək məqsədi daşıyır.
Təklifdən Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşları yararlana bilər. Lakin proqrama maraq gözlənilən səviyyədə olmayıb. 2026-cı ildə indiyədək cəmi 171 nəfər bu imkandan yararlanıb.
//Nəzər.Media
