Bu gün futbol üzrə Azərbaycan milli komandasının Dünya Çempionatının seçmə mərhələsindəki oyunlarla əlaqədar yaranan fasilədən sonra Azərbaycan Premyer Liqasında IV tura start veriləcək. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün açılış matçında qədim Gəncə təmsilçisi “Kəpəz” “Qəbələ Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək.Mövsüm başlayandan xala həsrət Nizami Yurdunun təmsilçiləri bu oyunda ən azı bir xal qazanmaq arzusundadır. “Araz-Naxçıvan” isə matçda növbəti üç xalını qazanmağı hədəfləyəcək. Hakim Rauf Cabarovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
“Kəpəz”in start heyəti:
22. Məmməd Hüseynov(GK)
27. Məqsəd İsayev
7. Ehtiram Şahverdiyev
88. Şakir Seyidov
9. Luis Paçu
11. Vitor Feijao
29. Dioqo Verdaska
12. Mahamadu Ba (C)
10. Ryonosuke Ohori
38. Cefferson Bentu
6. Pedro Qomeş
“Kəpəz”in ehtiyat oyunçuları:
1. Kaçper Rosa(GK)
81. Elgün Bayramov(GK)
99. Əli Səmədov
77. Fərid Nəbiyev
17. Ümid Səmədov
15. Raul Məmmədov
20. Elcan Əbilov
23. Fərid Kələntərov
66. Arzu Atakişiyev
21. Sadiq Şəfiyev
19. Otar Aptsiauri
55. Kresus Donqo
“Kəpəz”in baş məşqçisi:Adil Şükürov
“Araz-Naxçıvan”ın start heyəti:
12. Kristian Avram(GK)
34. Urfan Abbasov (C)
5. Slavik Alxasov
4. Rahil Məmmədov
6. Patrik Andrade
29. Vanderson Melo
17. İssuf Paro
23. Nuno Rodriqes
10. Felipe Santos
11. Ba-Muaka Simakala
70. Şarl Boli
“Araz-Naxçıvan”ın ehtiyat oyunçuları:
94. Tərlan Əhmədli(GK)
2. Qara Qarayev
3. Bəxtiyar Həsənalızadə
8. Coşqun Diniyev
14. Ülvi İsgəndərov
26. Ömər Buludov
22. Elçin Mustafayev
24. Mustafa Əhmədzadə
7. Hamidu Keyta
77. Bruno Franko
19. Bar Kohen
“Araz-Naxçıvan”ın baş məşqçisi:Elmar Baxşıyev
Bu gün bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Zirə”ni qəbul edəcək. “Köhlən atlar” matçda növbəti üç xallarını qazanmağı hədəfləyəcəklər. “Mavi qartallar” isə bu oyunda ən azı məğlub olmamaq haqqında düşünəcək.
Turun digər görüşləri Şənbə və Bazar günün keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Şənbə günü ilk olaraq “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. Meydan sahibləri keçən tur “Sabah”a qalib gələn “İmişli” bu tur uğurunu davam etdirmək istəyindədir. “Kimyaçılar”da maçtan qalib ayrılmaq istəyəcək.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Azersun Arena”da “Qəbələ”ni qəbul edəcək. “Boz qurd” matçda üç xal üçün çıxacaq. Mövsüm başlayandan 1 xala qane olan “Qəbələ” bu oyunda ən azı məğlub olmamaq haqqında düşünəcək.
Bazar günün iki qarşılaşma baş tutacaq.
İlk olaraq “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edəcək. Milliyə Dünya Çempionatında ilk xalanı bəxş edən Ayxan Abbasovun yetirmələri bu oyunda ilk 3 xallarını qazanmağı arzulayacaq. Yevlaxlılar bu oyunda qələbə qazanaraq “Qarabağ” məğlubiyyətini yaddan çıxartmaq istəyirlər.
Günün və turun sonuncu qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Sabah”ı qəbul edəcək. “Ağ-qaralar” bu oyunda ilk üç xallarını qazanmağı hədəfləyib.Keçən tur “İmişli”yə məğlub olan “bayquşlar” bu oyunda qələbə qazanmaq arzusunda olacaq.
