Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib. PFL bu günə bir qarşılaşma təyin edib.
Günün yeganə qarşılaşmasında “Kəpəz” “Qəbələ Şəhər Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edəcək. Nizami yurdunun təmsilçiləri bu oyunda ilk üç xallarını qazanmağı düşünəcək. İlk turda bir xala sevinən Yevlax təmsilçisi də bu oyunda xal qazanmaq niyyətində olacaq. Hakim Əli Əliyevin idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
“Kəpəz”in start heyəti:
1. Kaçper Rosa(GK)
7. Ehtiram Şahverdiyev
77. Fərid Nəbiyev
88. Şakir Seyidov
9. Luis Paçu
24. Olavale Onanuqa
12. Mahamadu Ba (C)
19. Otar Aptsiauri
55. Kresus Donqo
38. Cefferson Bentu
6. Pedro Qomeş
“Kəpəz”in ehtiyat oyunçuları:
22. Məmməd Hüseynov(GK)
81. Elgün Bayramov(GK)
17. Ümid Səmədov
15. Raul Məmmədov
27. Məqsəd İsayev
99. Əli Səmədov
20. Elcan Əbilov
23. Fərid Kələntərov
66. Arzu Atakişiyev
“Kəpəz”in baş məşqçisi:Adil Şükürov
“Karvan Yevlax”ın start heyəti:
1. Kamran İbrahimov(GK)
32. Elvin Yunuszadə (C)
6. Vadim Abdullayev
20. Coy Sleyd Mikels
2. Şakil Sno
37. Mois Nqvisani
19. Tompson Qavi
3. Said İranxan
8. Peter Kinqs
10. Samuel Durrant
4. Olavale Doyeni
“Karvan Yevlax”ın ehtiyat oyunçuları:
25. Əmrah Bulud(GK)
14. Uğur Cahangirov
15. Rəhman Şabanov
33. Eltun Turabov
11. Kayl Spens
21. İmani Barker
42. İbrahim Qədirzadə
18. Süleyman Əhmədov
13. Vüsal Məsimov
22. Qabil Əlizadə
77. Əli Abdullayev
“Karvan Yevlax”ın baş məşqçisi:Azər Həşimov
Turun digər qarşılaşmaları Bazar günü və Bazar ertəsi günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Bazar günü günün ilk oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Sabah”ı qəbul edəcək. “Şirlər” doğma publika önünüdə məğlub olmamaq haqqında düşünəcək. “Bayquşlar” isə mövsümdə ilk qələbələrini qazanmağa çalışacaq.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Azərsun Arena”da “Araz-Naxçıvan”ı qəbul edəcək. Tovuzlular mövsümdə ikinci qələbələrini qazanmağa çalışacaq. Muxtar Respublika təmsilçisi də meydana qələbə üçün çıxacaq.
Turun sonuncu görüşü bazar günü baş tutacaq.
Günün yeganə və turun sonuncu qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Zirə”ni qəbul edəcək. “Qəbələ” doğma publika önün qələbə qazanmağa çalışacaq. “Mavi qartllar”da matçdan üç xalla ayrılmağa çalışacaq.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının II turuna Cümə günü start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.
Turun açılış matçında “İmişli” “Şamaxı Şəhər Stadionu”nda “Neftçi”ni qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-“İmişli”-“Neftçi”-0:0. Oyunun ikinci hissəsi də qolsuz bərabərliklə bitib. Beləcə görüş başladığı hesabla bitib-“İmişli”-Neftçi”-0:0.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Qarabağ”-“Sumqayıt”-0:0. Oyunun 72-ci dəqiqəsində “Sumqayıt” Ronaldo Vaskezin qolu ilə hesabı açıb- “Qarabağ”-“Sumqayıt”-0:1.Bu matçda vurulan son qol oldu və son “Qarabağ” mövsümümə məğlubiyyətlə başladı, “kimyaçılar” isə ardıcıl ikinci qələbələrini qazandılar.
