• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Kəpəz" növbəti qələbəsini qazandı-YENİLƏNİB-4

21 Noyabr, 25 / 15:58
A A
"Karvan-Yevlax" "Kəpəz"i qəbul edir-START HEYƏTLƏR

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçirilən “Karvan-Yevlax”-“Kəpəz” oyunu başa çatdı. Gərgin keçən oyun 1:2 “Kəpəz”in xeyrinə başa çatdı.
xxxx
Oyunun 76-cı dəqiqəsində Rauf Hüseynli penaltidən “Kəpəz”in ikinci topuna imza ataraq komandasını hesabda önə keçirdi-“Karvan-Yevlax”-“Kəpəz”-1:2.
xxx
“Karvan-Yevlax”-“Kəpəz” oyununda ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflər hərəyə bir dəfə fərqlənib-“Karvan-Yevlax”-“Kəpəz”-1:1.
xxxx
Oyunun 31-ci dəqiqəsində Araz Abdullayev “Karvan-Yevlax”ın bərabərlik topuna imza atdı-“Karvan-Yevlax”-“Kəpəz”-1:1.
xxxx
Bu gün futbol üzrə Azərbaycan milli komandasının 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi oyunlarla əlaqdar yaranmış fasilədən sonra Azərbaycan Premyer Liqasında XII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün və turun açılış oyununda “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edir. Audsayderlərin qarşılaşmasında Yevlax təmsilçisi doğma meydanda qələbə qazanmaq istəyir. Nizami yurdunun təmsilçiləri də bu oyunda qələbə qazanaraq son pilləni yevlaxlılara təhvil vermək istəyir. Hakim Rauf Cabarovun idarə etdiyi qarşılaşmada artıq oyunun 14-cü dəqiqəsində “Kəpəz” Luis Paçunun qolu ilə hesabı açdı-“Karvan-Yevlax”-“Kəpəz”-0:1.

Bu gün daha bir qarşılaşma baş tutacaq.

Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edəcək. “Kimyaçılar” bu oyunda çətin səfər ərəfəsində olan “Qarabağ”a ən azından məğlub olmamaq haqqında düşünəcək. “Köhlən atlar” isə çətin səfər ərəfəsində çox güc işlətmədən qələbə qazanmaq haqqında düşünüəcək.

Turun digər görüşləri Şənbə və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.

Şənbə günü ilk olaraq “Araz-Naxçıvan” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. Muxtar Respublika təmsilçisi bu matça qələbə üçün çıxacaq. “Boz qurd”da matçda üç xal qazanaraq mövqeyini qorumağa çalışacaq.

Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stdadionu”nda “Qəbələ”ni qəbul edəcək. “Mavi qartallar” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. “Qəbələ” isə ən azından məğlub olmamaq haqqında düşünəcək.

Turun digər görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Şamaxı”nı qəbul edəcək. “Bayquşlar” bu oyunda üç xal qazanmağa çalışacaq. “Şamaxı” isə bu oyunda ən azında məğlub olmamaq haqqında düşünəcək.

Günün və turun sonuncu oyununda “Neftçi” Palms Sports Arena”da “İmişli”ni qəbul edəcək. “Ağ-qaralar” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. “İmişli” isə mövsümdə ikinci dəfə “Neftçi”dən alamağa çalışacaq.

Previous Post

"Karvan-Yevlax" "Kəpəz"i qəbul edir-START HEYƏTLƏR

Next Post

Azərbaycanda meyxanaçı əxlaqsızlığı təbliğ edir - FOTO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.