Rusiya millisinin baş məşqçisi Valeri Karpin Moskvanın “Dinamo” klubundan ayrılıb.
Klubun mətbuat xidməti Karpinin komanda ilə yollarının rəsmən ayrıldığını açıqlayıb.
Hazırda “Dinamo” 17 xalla Premyer Liqanın turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Valeri Karpin 2025-ci ilin iyulundan etibarən Rusiya yığması ilə paralel olaraq “Dinamo”nun da baş məşqçisi vəzifəsini icra edirdi.
//milli.az
