Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində keçirilən “Araz-Naxçıvan”-“Karvan-Yevlax” oyunu başa çatdı. Matç 2:1 “Araz-Naxçıvan”ın xeyrinə başa çatdı.
xxxxx
Oyunun 90+2-ci dəiqəsində Felipe Santos penaltidən “Araz-Naxçıvan”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirdi–“Araz-Naxçıvan”-“Karvan-Yevlax-2:1
xxxxx
Oyunun 65-ci dəqiqəsində Hamidu Keyta “Araz-Naxçıvan”-ın bərabərlik topuna imza atdı-“Araz-Naxçıvan”-“Karvan-Yevlax-1:1
xxxxx
“Araz-Naxçıvan”-“Karvan-Yexlax” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Karvan-Yevlax” 0:1 hesabı ilə irəlidədir.
xxxx
Dünən futbol üzrə XI tura start verilib. PFL Zəfər turunun ikinci gününə iki oyun təyin edib.
İlk olaraq “Araz-Naxçıvan” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edir. Muxtar Respublika təmsilçiləri bu oyunda üç xal qazanmağa çalışır . Yevlax təmsilçisi isə matça ən azında məğlub olmamaq haqqında düşünür. Hakim Nicat İsmayıllının idarə etdiyi qarşılaşmada artıq oyunun 16-cı dəqiqəsində “Karvan-Yevlax” Araz Abdullayevin qolu ilə hesabı açdı-“Araz-Naxçıvan”-“Karvan-Yevlax-0:1
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. Həm “mavi qartallar” həm “boz qurd” bu oyunda qələbə qazanmaq istəyəcək.
Turun sonuncu görüşləri Bazar günü keçirilcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
İlk olaraq qədim Gəncə təmsilçisi “Kəpəz” “Qəbələ Şəhər Stadionu”nda “Sabah”ı qəbul edəcək. Nizami yurdunun təmsilçiləri bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək. “Bayquşlar” isə meydana üç xal üçün çıxacaq.
Günün və Zəfər turunun sonuncu görüşündə “Azərsun Arena”da “Qarabağ” “Neftçi”ni qəbul edəcək. “Çelsi”yə məğlub olmayan “köhlən atlar” Azərbaycan derbisində də qələbə qazanmaq istəyəcək. Abubaklı “Neftçi”də bu oyunda Azərkeşlərini sevindirmək arzusunda olacaq.
Qeyd edək ki, XI tura dünən start verilib. Açılış günündə iki qarşılaşma təyin olunub.
Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “İmişli”ni qəbul edib. Oyunun ilk hissəsi başladığı hesabla bitdi-“Şamaxı”-“İmişli”-0:0. Oyunun 78-ci dəqiqəsində “İmişli” Karim Rossinin qolu ilə hesabı açdı-“Şamaxı”-“İmişli”-1:0. Bu oyunda vurulan son qol oldu və “Şamaxı” matçdan 1:0 qalib ayrıldı.
Günün ikinci qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda gənlik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Qəbələ”-“Sumqayıt”-0:0.Oyunun 54-cü dəqiqəsində “Sumqayıt” Rüstəm Əhmədzadənin qolu ilə hesabı açıb-“Qəbələ”-“Sumqayıt”-0:1. Oyunun 82-ci dəqiqəsində Aleksandr Ramalinqom “Sumqayıt”ın ikinci topuna imza atıb-“Qəbələ”-“Sumqayıt”-0:2. Bu oyunda vurulan son qol olub və “Sumqayıt” matçdan 0:2 qalib ayrıldı.
