• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Karvan-Yevlax" "Qarabağ"ı qəbul edir-START HEYƏTLƏR

31 Avqust, 25 / 15:53
A A
"Karvan-Yevlax" "Qarabağ"ı qəbul edir-START HEYƏTLƏR

Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Stadionu”nda Ağdamın “Qarabağ” klubunu qəbul edəcək. UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanan “köhlən atlar” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. Yevlaxlılar isə bu oyunda ən azı məğlub olmamaq haqqında düşünəcək. Hakim Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:

“Karvan-Yevlax”ın start heyəti:
1. Kamran İbrahimov(GK)
32. Elvin Yunuszadə (C)
6. Vadim Abdullayev
42. İbrahim Qədirzadə
77. Əli Abdullayev
20. Joy Sleyd Mikels
37. Mois Nqvisani
19. Tompson Qavi
3. Said İranxan
8. Peter Kings
4. Olavale Doyeni

“Karvan-Yevlax”ın ehtiyat oyunçuları:
25. Əmrah Bulud(GK)
15. Rəhman Şbanov
33. Eltun Turabov
18. Süleyman Əhmədov
13. Vüsal Məsimov
22. Qabil Əlizadə
14. Uğur Cahangirov
2. Şakil Sno
12. Vitor Roşa
11. Kayl Spens
10. Samuel Durrant
21. İmani Barker

“Karvan-Yevlax”ın baş məşqçisi:Azər Həşimov

“Qarabağ”ın start heyəti:
1. Şahrudin Məhəmmədəliyev(GK)
55. Bədavi Hüseynov (C)
30. Abbas Hüseynov
27. Toral Bayramov
22. Musa Qurbanlı
32. Hikmət Cəbrayılzadə
3. Sami Mmae
18. Dani Bolt
6. Kris Kuaku
21. Aleksey Kaşuk
11. Emmanuel Addai

“Qarabağ”ın ehtiyat oyunçuları:
99. Mateus Koxalski(GK)
97. Fabian Buntiç(GK)
13. Bəhlul Mustafazadə
44. Elvin Cəfərquliyev
90. Nəriman Axundzadə
10. Abdullah Zubir
8. Marko Yankoviç
20. Kadi Borqes
2. Mateus Silva
15. Leandro Andrade
35. Pedro Bikalyo
17. Kamilo Duran

“Qarabağ”ın baş məşqçisi: Qurban Qurbanov

Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “İmişli”ni qəbul edəcək. “Bayquşlar” doğma publika önünüdə ikinci qələbələrini qazanmağa çalışacaq. “İmişli” isə bu oyunda məğlub olmamaq haqqında düşünəcək.

Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasında III tura Cümə günü start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.

Günün və turun ilk qarşlaşmasında “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Sumqayıt”-“Şamaxı”-0:0.Oyunun 63-cü dəqiqəsində “Şamaxı”nın heyətindən Rikardo Apolinarionun avtoqulu ilə “Sumqayıt” hesabı açıb-“Sumqayıt”-“Şamaxı”-0:1.Oyunun 75-ci dəqiqəsində Edqard Adilxanov “Şamaxı”nın bərabərlik topuna imza atıb-“Sumqayıt”-“Şamaxı”-1:1. Bu görüşdə sonuncu qol olub və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane olub-“Sumqayıt”-“Şamaxı”-1:1

Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sport Arena”da “Turan Tovuz”u qəbul edib. Artıq oyunun 6-cı dəqiqəsində “Turan Tovuz” Roberto Olabenin qolu ilə hesabı açıb-“Neftçi”-“Turan Tovuz”-0:1. Görüşün ilk hissəsi “Turan Tovuz”un 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 57-ci dəqiqəsində “Neftçi” azlqıda qaldı. Komandanın heyətində İqor Riberya qırmızı vərəqə alaraq meydandan qovuldu-“Neftçi”-“Turan Tovuz”-0:1. Bu matçda yadda qalan son hadisə oldu və ilk hissənin nəticəsi oyunun nəticəsi oldu- “Neftçi”-“Turan Tovuz”-0:1.

Dünən iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 14-cü dəqiqəsində “Zirə” Qismət Alıyevin qolu ilə hesabı açıb-“Zirə”-“Kəpəz”-1:0. Oyunun 32-ci dəqiqəsində İssa Cibrilla “Zirə”nin ikinci topuna imza atıb-“Zirə”-“Kəpəz”-2:0.Oyunun 41-ci dəqiqəsində Martins Junior “Zirə”nin üçüncü topuna imza atıb-“Zirə”-“Kəpəz”-3:0. İlk hissə “Zirə”nin 3:0 üstünlüyü ilə başa çatıb. Oyunun 77-ci dəqiqəsində Yeqor Boqomolski “Zirə”nin dördüncü topuna imza atıb-“Zirə”-“Kəpəz”-4:0.Oyunun 83-cü dəqiqəsində David Volkov “Zirə”nin beşinci topuna imza atdı-“Zirə”-“Kəpəz”-5:0. Bu oyunda vurulan son qol oldu və “Zirə” “Kəpəz”i 5:0 məğlub edib.

Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena” “Qəbələ”ni qəbul edib. Artıq oyunun 9-cu dəqiqəsində “Qəbələ” Adriel Ba Louanın qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“Qəbələ”-0:1. Oyunun 30-cu dəqiqəsində Ba-Muaka Simakala “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atıb-“Araz-Naxçıvan”-“Qəbələ”-1:1. Oyunun 33-cü dəqiqəsində Felipe Santos “Araz-Naxçıvan”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Araz-Naxçıvan”-“Qəbələ”-2:1. İlk hissə “Araz-Naxçıvan” 2:1 qələbəsi ilə başa çatdı. Oyunun ikinci hissəsində qol olmadı və ilk hissənin nəticəsi matçın nətəcisi oldu-“Araz-Naxçıvan”-“Qəbələ”-2:1.

 

Previous Post

Günün qoroskopu: Fırtınalardan sonra sükunət daha qiymətli olur...

Next Post

Prezident: Bu, xalqlarımızın sarsılmaz iradəsinin bariz təzahürüdür

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.