Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Stadionu”nda “Sabah”ı qəbul edəcək. Yevlax təmsilçisi matçda ən azından məğlub olmamaq haqqında düşünəcək. “Bayquşlar” isə matçda üç xal üçün çıxacaq. Hakim Tural Qurbanovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdu:
“Karvan-Yevlax”ın start heyəti:
1. Kamran İbrahimov(GK)
6. Vadim Abdullayev (C)
33. Eltun Turabov
2. Şakil Sno
12. Vitor Roşa
11. Kayl Spens
19. Tompson Qavi
3. Said İranxan
8. Peter Kings
21. İmani Barker
4. Olavale Doyeni
“Karvan-Yevlax”ın ehtiyat oyunçuları:
25. Əmrah Bulud(GK)
32. Elvin Yunuszadə
42. İbrahim Qədirzadə
18. Süleyman Əhmədov
13. Vüsal Məsimov
22. Qabil Əlizadə
14. Uğur Cahangirov
77. Əli Abdullayev
5. Nika Çaçaşvili
37. Mois Nqvisani
10. Samuel Durrant
“Karvan-Yevlax”ın baş məşqçisi:Azər Həşimov
“Sabah”ın start heyəti:
92. Stas Pokatilov (GK)(C)
5. Rəhman Daşdəmirov
88. Xəyal Əliyev
20. Coy Lens Mikels
21. Velko Simiç
80. Akim Zedadka
3. Stiv Solvet
27. Timoteuş Puxaç
13. İvan Lepiniça
11. Kahim Parris
33. Umarali Raxmonaliyev
“Sabah”ın ehtiyat oyunçuları:
55. Nicat Mehbalıyev(GK)
72. Rustam Samiqullin(GK)
17. Tellur Mütəllimov
10. Anatoli Nuriyev
2. Amin Seydiyev
6. Abdulax Xaybulaev
19. Aron Maluda
53. Andrey Santos
“Sabah”ın baş məşqçisi:Valdas Dambrauskas
Bu gün bir qarşılaşma daha baş tutacaq.
Günün və turun sonucu qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. Meydan sahibləri doğma publika önündə qələbə qazanmağa çalışacaq. “Şamaxı”da matçda üç xal qazanmağı hədəfləyəcək.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının VII turuna Cümə günü start verilib. Açılış günündə iki qarşılaşma baş tutmuşdu.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “İmişli”ni qəbul edib. Artıq oyunun 33-cü dəqiqəsində “Araz-Naxçıvan” Ba-Muaka Simakalanın qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“İmişli”-1:0. İlk hissə “Araz-Naxçıvan”ın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 90+5-ci dəqiqəsində Ülvi İsgəndərov “Araz-Naxçıvan”ın ikinci topuna imza atıb-“Araz-Naxçıvan”-“İmişli”-2:0.Bu oyunda vurulan son qol oldu və hər hissəyə bir qol vuran “Araz-Naxçıvan” matçdan 2:0 qalib ayrılıb.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kopleksinin Stadionu”nda “Neftçi”ni qəbul edib. Artıq oyunun 28-ci dəqiqəsində “Zirə” Giorgi Papunaşvilinin qolu ilə hesabı açıb-“Zirə”-“Neftçi”-1:0. İlk hissə “Zirə”nin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 66-cı dəqiqəsində Freddi Varqas “Neftçi”nin bərabərlik topuna imza atıb-“Zirə”-“Neftçi”-1:1.Oyuxun 87-ci dəqiqəsində Bassala Sambu “Neftçi”nin iknci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Zirə”-“Neftçi”-1:2.Oyunun 90+8-ci dəqiqəsində Ruan Renato penaltidən “Zirə”nin bərabərlik topuna imza atıb-“Zirə”-“Neftçi”-2:2.Oyunun 90+10-cu dəqiqəsində “Zirə” azlıqda qalıb. Komandanın heyətində Ayron Qomis ikinci sarı vərəqəni alaraq meydandan qovulub-“Zirə”-“Neftçi”-2:2. Bu oyunda vuruan son qol oldu və tərəflər hərəyə iki dəfə fərqlənməkə bir xala qane oldular-“Zirə”-“Neftçi”-2:2.
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Kəpəz”i qəbul edib. Artıq oyunun 38-ci dəqiqəsində “Qarabağ” Sami Mmaenin qolu ilə hesabı açıb-“Qarabağ”-“Kəpəz”-1:0. İlk hissə “Qarabağ”ın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-“Qarabağ”-“Kəpəz”-1:0.
Günün ikinci qarşılaşmasında “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edib. Artıq oyunun 35-ci dəqiqəsində “Turan Tovuz” Joarlem Santosun qolu ilə hesabı açdı-“Sumqayıt”-“Turan Tovuz”-0:1. İlk hissə qonaqların 0:1 üstünlüyü ilə başa çatıb.Oyunun 59-cu dəqiqəsində Aleks Souza “Turan Tovuz”un ikinci topuna imza atıb-“Sumqayıt”-Turan Tovuz”-0:2. Oyunun 90+3-cü dəqiqəsində Ayxan Hüseynov “Turan Tovuz”un üçüncü topuna imza atıb-“Sumqayıt”-“Turan Tovuz”-0:3. Bu oyunda vurulan son qol olub və “Turan Tovuz” Sumqayıt səfərində üç xalı üç cavabsız qolla qazanıb-“Sumqayıt”-“Turan Tovuz”-0:3
