Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura star verilib. PFL bu günə bir qarşılaşma təyin edib.
Günün yeganə qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. Yevlaxlılar bu oyunda ən azından bir xal qazanmağa çalışacaq. “Şamaxı” isə bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. Hakim Cavid Cəlilovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri məlumdu:
“Karvan-Yevlax”ın start heyəti:
1. Kamran İbrahimov(GK)
7. Araz Abdullayev (C)
32. Elvin Yunuszadə
14. Uğur Cahangirov
2. Şakil Sno
11. Kayl Spens
37. Mois Nqvisani
19. Tompson Qavi
3. Said İranxan
10. Samuel Durrant
4. Olavale Doyeni
“Karvan-Yevlax”ın ehtiyat oyunçuları:
99. Pedro Mateuş(GK)
25. Əmrah Bulud(GK)
42. İbrahim Qədirzadə
13. Vüsal Məsimov
22. Qabil Əlizadə
77. Əli Abdullayev
5. Nika Çaçaşvili
12. Vitor Roşa
8. Peter Kings
21. İmani Barker
“Karvan-Yevlax”ın baş məşqçisi:Füzuli Məmmədov
“Şamaxı”nın start heyəti:
1. Rikardo Fernandes(GK)
5. Arsen Ağcabəyov (C)
97. Oruc Məmmədov
82. Rüfət Abbasov
9. Karim Rossi
3. Vladislav Veremeyev
13. Rikardo Apolinario
11. Dioqo Balau
4. Sezar Enrike
44. David Santos
8. Alfons Msanqa
“Şamaxı”nın ehtiyat oyunçuları:
62. Abdulla Seydəhmədov(GK)
99. Səlim Həşimov(GK)
17. Rafael Məhərrəmli
80. Həbib İsmayılov
21. Bilal İsmayılov
27. Emil Süleymanov
7. Edqar Adilxanov
77. Nihat Mehralıyev
24. Sənan Muradlı
90. Davud Mənsumov
6. Antonio Lara
19. Abdullahi Şuaybu
“Şamaxı”nın baş məşqçisi:Elnur Çodarov
Turun digər görüşləri Bazar ertəsi və Çərşənbə axşamı günü keçiriləcək. Bazar ertəsi daha iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionun”da “Turan Tovuz”u qəbul edəcək. Meydan sahibləri bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək. “Boz qurd” isə matçdan qələbə ilə ayrılmağı planlaşdırır.
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arean”da “Neftçi”ni qəbul edəcək. Hər iki komanda meydana üç xal üçün çıxacaq.
Turun digər görüşləri Çərşənbə axşamı keçiriləcək. Çərşənbə axşamı günü iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. Muxtar Respublika təmsilçisi bu matçda növbəti üç xalını qazanmağa çalışacaq. Nizami yurdunun təmsilçiləri isə bu oyunda ən azında məğlub olmamaq haqqında düşünəcək.
Günün və turun sonuncu oyununda gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər Stadionu”nda “İmişli”ni qəbul edəcək. Hər iki komanda meydana üç xal üçün çıxacaq.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasında dünən star verilib. Açılış günündə bir qarşılaşma baş tutub.
Turun açılış və günün yeganə qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda “Qarabağ”ı qəbul edib. Artıq oyunun 31-ci dəqiqəsində “Zirə” İssa Cibrillanın qolu ilə hesabı açıb-“Zirə”-“Qarabağ”-1:0. Oyunun 44-cü dəqiqəsində “Qarabağ” “Zirə”nin heyətində Enrike Kustodionun avtoqolu ilə hesabı bərabərləşdirib-“Zirə”-“Qarabağ”-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“Zirə”-“Qarabağ”-1:1. Görüşün ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub. Beləcə tərəflər hərəyə bir qol vurmaqla bir xala qane olub-“Zirə”-“Qarabağ”-1:1
