Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Səhər Stadionu”nda “Zirə”ni qəbul edəcək. Yevlax təmsilçisi bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək “Mavi qartallar” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. Hakim Kamranbəy Rəhimovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
“Karvan-Yevlax”ın start heyəti:
1. Kamran İbrahimov(GK)
32. Elvin Yunuszadə (C)
6. Vadim Abdullayev
33. Eltun Turabov
18. Süleyman Əhmədov
20. Coy Sleyd Mikels
2. Şakil Sno
11. Kayl Spens
19. Tompson Qavi
10. Samuel Durrant
21. İmani Barker
“Karvan-Yevlax”ın ehtiyat oyuçuları:
25. Əmrah Bulud(GK)
3. Said İranxan
13. Vüsal Məsimov
4. Olavale Doyeni
42. İbrahim Qədirzadə
8. Peter Kinqs
14. Uğur Cahangirov
22. Qabil Əlizadə
77. Əli Abdullayev
5. Nika Çaçaşvili
12. Vitor Roşa
37. Mois Nqvisani
“Karvan-Yevlax”ın baş məşqçisi: Azər Həşimov
“Zirə”nin start heyəti:
13. Aydın Bayramov(GK)
70. Namik Ələskərov
14. Elçin Əlicanov
29. Ceyhun Nuriyev
4. Ruan Renato (C)
25. Enrike Kustodio
10. Giorgi Papunaşvili
30. Rikardo Martins
93. Brahim Konate
5. Ange Mutsinzi
17. Ayron Qomis
“Zirə”nin ehtiyat oyunçuları:
97. Tiaqo Silva(GK)
41. Anar Nəzirov(GK)
11. Junior Martins
28. Leroy Mikels
32. Qismət Alıyev
6. Eldar Quliyev
77. Yeqor Boqomolski
21. Hacıağa Hacılı
8. İsmayıl İbrahimli
7. Rövlan Muradov
16. Fuad Bayramov
26. Stefan Aka
“Zirə”nin baş məşqçisi:Rəşad Sadıqov
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sport Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Ağ-qaralar” bu oyunda növbəti qələbələrini qazanmağa çalışacaq. Nizami yurdunun təmsilçiləri ən qədim Azərbaycan derbisində məğlub olmamaq haqqında düşünəcək.
Turun digər görüşləri Bazar günün və Bazar Ertəsi günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionun”da “Şamaxı”nı qəbul edəcək. Tovuzlular doğma publika önündə qələbə qazanmaq istəyəcək. Keçən tur “Qarabağ”a məğlub olmayan “Şamaxı” bu oyunda xal qazanmağı planlaşdırıb.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Kimyaçılar” bu oyunda qələbə qazanmağa çalışacaq. Muxtar Respublika təmsilçisi də meydana qələbə üçün çıxacaq.
Tura Bazar ertəsi yekun vurulacaq. Bazar ertəsi bir qarşılaşma baş tutacaq.
Günün yeganə və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Qəbələ”ni qəbul edəcək. “Bayquşlar” matçda növbəti üç xallarını qazanmağa çalışacaq. “Qəbələ” isə oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının X turuna dünən start verilib. PFL açılış günündə bir qarşılaşma təyin etmişdi.
Turun açılış oyununda “Qarabağ” “Azərsun Arena”da “İmişli”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Qarabağ”-“İmişli”-0:0.Oyunun 52-ci dəqiqəsində “Qarabağ” Abdullah Zubirin qolu ilə hesabı açıb-“Qarabağ”-“İmişli”-1:0. Oyunun 82-ci dəqiqəsində Emanuel Addai “Qarabağ”ın ikinci topuna imza atıb-“Qarabağ”-“İmişli”-2:0. Bu oyunda vurulan sonuncu qol olub və “Qarabağ” matçdan 2:0 qalib ayrılıb.
