Dekabrın 28-də kata üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək.
Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnir böyüklər, gənclər və yeniyetmələr arasında təşkil olunacaq:
Böyüklər: 2004-cü il və ondan əvvəl təvəllüdlü cüdoçular
Gənclər: 2005–2007-ci il təvəllüdlü cüdoçular
Yeniyetmələr: 2008–2010-cu il təvəllüdlü cüdoçular
Yarış Beynəlxalq Cüdo Federasiyasının kata qaydalarına və hakimlik standartlarına uyğun keçiriləcək.
Yeniyetmələr (minimum III kyu): “Nage-waza”ya daxil olan 3 texnika (te-waza, koshi-waza, ashi-waza);
Gənclər (minimum I kyu) və böyüklər (minimum I dan): “Nage-waza”ya daxil olan 5 texnika (te-waza, koshi-waza, ashi-waza, ma-sutemi-waza, yoko-sutemi-waza) üzrə fəndlər icra edəcəklər.
Cütlüklər kişi–kişi, qadın–qadın və ya kişi–qadın tərkibində çıxış edə bilərlər.
