• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

“Kosmik super insan: gücləndirmə və fiziki hazırlıq” təlimi həyata keçirilib

16 Oktyabr, 25 / 22:46
A A
“Kosmik super insan: gücləndirmə və fiziki hazırlıq” təlimi həyata keçirilib

Ümumdünya Kosmos Həftəsi 2025 çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) tərəfdaşlığı əsasında, Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı ilə “Kosmik super insan: gücləndirmə və fiziki hazırlıq” təlimi həyata keçirilib.
Təlim kosmosda yaşamaq və fəaliyyət göstərmək üçün insan bədəninin fiziki və psixoloji dözümlülüyünün artırılması, həmçinin astronavtların və idmançıların tətbiq etdiyi gücləndirmə və hazırlıq metodları haqqında ictimaiyyəti maarifləndirmək məqsədi daşıyıb.
Təlimdə çıxış edən AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə ekstermal şəraitdə insan bədəni, performans və davamlılığı artırmaq üçün strategiyalar, insanın inkişafında etik prinsiplər kimi mövzulara toxunub, həmçinin iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, Ümumdünya Kosmos Həftəsinin builki mövzusu “Kosmosda yaşam” adı ilə müəyyən olunub və həftə çərçivəsində baş tutan tədbirlər insanların kosmosda yaşaması, işləməsi, uyğunlaşması istiqamətində maarifləndirməni gücləndirməyi hədəfləyib.

Previous Post

ASTF rəsmiləri ASTB-nin konqresində iştirak ediblər

Next Post

Şabranda Cüdo Təlim Mərkəzi fəaliyyətə başlayıb

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.