Kreml ABŞ, Rusiya və Ukrayna liderlərinin üçtərəfli görüşü ilə bağlı təklifə münasibət bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov belə bir görüşün hazırda faydasız olacağını deyib.
O, bir görüşün müharibənin bütün problemlərini həll edə bilməyəcəyini vurğulayıb. Peskov əsas sülh razılaşması hazırlandıqdan sonra belə görüşün mümkün ola biləcəyini bildirib. “The Economist” isə Putinin müharibəni Rusiyanın qələbəsi olmadan bitirmək istəmədiyini iddia edib.
//Nəzər.Media
