Dünyada artan isti hava mərcan riflərinə ciddi zərər vurur. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yüksək dəniz temperaturu mərcanların ağarmasına səbəb olur.
Bu hadisələrin tezliyi son illərdə təxminən iki dəfə artıb. 2023-cü ildə ağarma hadisəsi dünya riflərinin 77 faizinə təsir edib. Mərcan rifləri dəniz canlılarının 25 faizindən çoxuna yaşayış yeri verir.
//Nəzər.Media
