İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Deyilənə görə bir gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində hörmətli kiminsə laborant balasının elmi işi müzakirə edilir. Nə isə bu hörmətli adamın “savadlı” balası Məshəti Gəncəvini Azərbaycanın Sapfosu adlandırır. Yaxşı ki, məclisdə olan ayağının bildiyinin bir çoxunun başının bilmədiyi rütbəli alimlərimizə elmdən dərs keçə biləcək biri olub. Qalxıb həmin gənc laboranta sübut edir ki, Məshəti Gəncəvinin idesası ilə Sapfonun ideasının fərqi çox olub. Həmin kiminsə gülməşəkəri olan laboranta özü səviyyəsində biri dəstək gəlir. Elə verdiyi dəstək də öz savadı çərçivəsində olur. Savadı ilə elmi rütbəsi və vəzifəsi eyni olmayan şəxs qeyd edir ki, Məshəti Gəncəvi ilə Ağa Məhəmməd Qacar sevgili olub. Yüksək rütbəli elm adamına savadlı elm adamımız tərəfindən iki tarixi şəxsiyyətin yaşama dövrləri arasındakı zaman fərqi anladılır. Keçən dəfə Fərid Şahbazlının statusuna rəy yazdığım zaman Mədəniyyət İncəsənət Universitetinin tələbələrinin Mədəniyyət Nazirliyində çoxluq təşkil etməli olduqlarını bildirmişdim. Nazirliyin bir trolu əsasız bir iddia qaldırdı ki, buna ehtiyac yoxdur. Həmin trola bildirmək istəyirəm ki, mən bu savadsızları nəzərdə tutmurdum. Orda həddindən artıq savadlı kadrlar var. Mən onları nəzərdə tuturdum.
Mövzudan yayınmayaq. Niyəsə bizdə hər zaman müasirləşmə əxlaqsızlaşma ilə paralelləşdirilərək müasirləşmənin önünə bir sədd çəkilir. Əslində bunlar müasirləşmiş bizim müasirləşməyimizi istəməyən qüvvələrin bir işidir. Müasirləşirik, oxuyarıq, savadlanarıq və onları keçərik qorxusundan yaranan bir zərurətdir. Beləcə ölkədə süni olaraq XIX əsrdə olduğu kimi iki cəryan yaradılır. Birincilər müasirləşməni əxlaqsızlaşdırma ilə paraleləşdirillər, onun təbliğini əxlaqsızlığın təbliği fonunda edir. İkincilər isə müasirləşmənin əxlaqsızlıq olduğunu bildirərək ona müqavimət göstərən “mühafizəkarlar” olur. Əslində isə həm sözü gedən “müasirlər” həm də “mühafizəkarlar” elə eyni mərkəzədən idarə olunur. Onların əsas məqsədi müasirləşməyə qarşı ciddi mübarizə aparmaqdır.
Bu təkcə XIX əsrdə baş vermirdi. Bu gündə müxtəlif dövlərdə ölkəmizə qarşı bu çirkin kampaniya davam edib. 4-5 il əvvəl Xəzər TV-də yayımlanan “İmtahan” serialı heç bir universitet həyatı görməyən mühafizəkarların övladlarını, xüsusi ilə də qız övladlarını təhsildən yayındırmaq üçün bir alət idi. Çünki serialın bütün sujet xəttində o bunu sevir, bunu onu sevir, o buna xəyanət edir,bu ondan hamilədir nə bilim müəllim tələbə sevgisi və s yer alır. Azərbaycan universiteti haqqında serial çəkən zaman TGT-nin, Elmi Cəmiyyətlərin və Tələbə Həmkarlar İttifaqlarının fəaliyyətini işıqlandıraraq, Ali Təhsil müəssisələrinin hörmətini qaldırmaq olmazdımı.? Niyə cəmiyyətdə universitetləri axmaq adamların toplandığı yüngül məkanlar kimi təqdim etdiniz ? Axı universitet Ali Məktəbdir. Ora ancaq ən intellektual adamlar daxil ola bilər. Beləcə “müasirlər”in əli ilə intellektual səviyyəmizin artmasına daha bir zərbə endirildi.
Sözü uzatmayaq! Cəmiyyətdə yavaş-yavaş müasirliyin savadın artırıması deyil, ərindən boşanaraq “Tik-Tok”da yarıçılpaq təzə kişi axtarmaq olduğunu sübut etmək istəyən kəsmlər mövcuddur. İllərdi düşnən beyinlər sübut edə bilmədi ki, müasirlik yeni bir teorim, elm icad etməkdir. Elmdə naliyyət qazanmaqdır.
İndi də hədəfdə daha bir intellektual xanımımız var. Bir sözlə bir məkzədən idarə olunan “mühafizəkarlar”a “müasirlər”dən dəstək gəldi. Azərbaycanda intellektual kəsimin azalması, cahil kəsimin çoxalması üçün Azərbaycan xanımını elimə, təhsilə təşviq edə biləcək bir nümunəyə hücum başladı. Hücumun məqsədi əvvəlki hücumlarda olduğu kimi həqiqi mühafizəkarları elmdən, uzaqlaşdırmaq və elmə, təhsilə nifrət yaratmaqdır. Bu yolda proseslər bir mərkəzdən idarə olunur. “Müasirlər” bizdəndir deyəcək, “mühafizəkar”lar onlardandır deyəcək və elm təhsil budur deyəcək. Normal mental dəyərlərə sadiq Azərbaycan xalqı öz qız övladını təhsildən yayındıracaq. Nəticədə təhsilsiz bir genofond əmələ gələcək. Sonda isə bu təhsilsiz genofondan istəsələr həqiqi əxlaqsız, istələr terrorçu, istəsələr vətənin nə olduğunu bilməyənlərdən ibarət bir cəmiyyət yararadacaqlar.
Ancaq bu gün Məshəti Gəncəvi haqqında çəkilən filmə etirazların olduğu zaman anlayırıq ki, həqiqətən ölkəmizdə düşünən beyinlər mövcuddur və yuxarıda sadalanan arzuolunmaz ssenarilər həyata keçə bilməz.
//Nəzərbəy Hacıağayev
