Xalq artisti Məleykə Əsədova qızı Gülərlə birlikdə “Bir gün” verilişinin qonağı olub və çəkilişlər aktrisanın evində baş tutub.
Proqram zamanı onun qızı Gülərin səsləndirdiyi fikirlər diqqət çəkib. Xəbərshow.az-ın məlumatına görə, aparıcının “Anana indi nə demək istəyərdin?” sualını cavablandıran Gülər duyğusal sözlər səsləndirib.
O bildirib ki, anasını ömrünün sonuna qədər çox sevəcəyini və hər zaman ona layiq övlad olmağa çalışacağını deyib. Bu səmimi anlar izləyicilərin marağına səbəb olub.
//milli.az
