• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Cəmiyyət

Məşhur rektor VƏFAT ETDİ - FOTO

17 Oktyabr, 25 / 15:59
A A
Məşhur rektor VƏFAT ETDİ - FOTO

1993-1999-cu illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, 2000-2020-ci illərdə isə İstanbul Texniki Universitetində çalışan professor Rafiq Mehdiyev bu gün səhər saatlarında vəfat edib.

Nəzər.Media xəbər verir ki, bu barədə Modern.az-a mərhumun yaxınları məlumat veriblər.

O, daxili yanma mühərrikləri üzrə dünya şöhrətli alim, Türkiyənin ilk yerli traktor motorunun ixtiraçısı idi.

300-dən çox elmi əsərin, 15-ə yaxın ixtiranın müəllifi olan alimin son ixtiralarından biri maye qazla işləyən dizel mühərrikidir və bu ixtira Türkiyədə böyük uğur qazanıb.

Rafiq Mehdiyev qardaş ölkədə çalışdığı dövrdə müdafiə sənayesi quruculuğunda yaxından iştirak edib.

Alimin bir sıra ixtiraları bəzi qərb dövlətlərində, o cümlədən İngiltərə, İtaliya, Almaniya, eləcə də Rusiya və Yaponiyada patentləşdirilib. Yetişdirdiyi 20-dən artıq alimin arasında ABŞ, Almaniya, Hindistan, İraq, Polşa və Ukrayna vətəndaşları da var.

Rafiq İsrafil oğlu Mehdiyev 5 dekabr 1936-cı ildə Cəbrayıl şəhərində anadan olub. 1958-ci ildə o zamankı Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) mexanika fakültəsini bitirib, 1964-cü ildə namizədlik, 1981-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

Allah rəhmət eləsin!

Previous Post

Madaqaskarın yeni prezidenti o oldu

Next Post

Prezident: ICAPP Asiya Mədəniyyət Şurası qitənin mədəniyyətlərarası dialoq potensialının üzə çıxarılmasında vacib platformadır

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.