• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Maaşı 4 dəfə ARTDI

19 Yanvar, 26 / 18:26
A A
Maaşı 4 dəfə ARTDI

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

İnfantinonun rəhbərliyi altında FİFA rekord gəlirlər əldə edir.

Son 10 ildə FİFA prezidenti Canni İnfantinonun maaşı təşkilatın rekord gəlirləri fonunda dörd dəfə artıb. O, 2024-cü ilin nəticələrinə görə 6,1 milyon dollar qazanıb.

“Le Monde” qəzeti ABŞ vergi sənədlərinə istinadən İnfantinonun xalis sərvətini hesablayıb. Nəşr vurğulayıb ki, 2016-cı ilin fevral ayında FIFA prezidenti seçildikdən sonra İnfantinonun gəliri təsirli bir sürətlə artıb.

2025-ci il noyabrın 12-də ABŞ hakimiyyət orqanlarına təqdim edilən bəyannamələrdə göstərilir ki, FIFA 2024-cü ildə İnfantinoya 6,133 milyon dollar ödəyib. Bu məbləğə təxminən 3 milyon dollar baza əmək haqqı, təxminən 2 milyon dollar bonuslar, 1,1 milyon dollar digər mükafatlar və 155.000 dollar pensiya ödənişləri daxil idi.

“Le Monde” qəzeti İnfantino 10 il əvvəl Zepp Blatteri FİFA prezidenti vəzifəsində əvəz edəndə təşkilat ona cəmi 1,5 milyon dollar ödədiyini bildirib.

Nəşr İnfantinonun qazancını hesablamağa davam edərək qeyd edib ki, 2018-ci il Dünya çempionatından sonra FİFA prezidenti 1 milyon dollar, 2022-ci ildə Qətərdə keçirilən Dünya çempionatından sonra isə 2 milyon dollar bonus alıb.

Nəşrin hesablamalarına görə, ABŞ hakimiyyət orqanlarına təqdim edilən vergi bəyannamələrinə görə, İnfantino 2022-ci ildə FİFA-ya 3,6 milyon dollar, 2023-cü ildə isə 4,1 milyon dollara başa gəlib.

Lakin “Le Monde” qəzeti qeyd edir ki, İnfantinonun rəhbərliyi altında FIFA da rekord gəlir əldə edir. Təşkilat bu ilki Dünya çempionatı da daxil olmaqla, 2023-2027-ci illər üçün 11 milyard dollar gəlir proqnozlaşdırır.

Jurnalistlər qeyd ediblər ki, İnfantino 2027-ci ildə üçüncü və sonuncu müddətə yenidən seçilərsə, daha beş il Federasiyanın başında qala bilər.

//Lent.az

Previous Post

Vüsalənin efirdə göz yaşları "sel oldu" - VİDEO

Next Post

Metronun iş saatı uzadılacaq

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.