• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

MDB Oyunları: Qız boksçuların yarışında 6 idmançımız finala yüksəlib, 4-ü bürünc medal qazanıb

02 Oktyabr, 25 / 19:01
A A
MDB Oyunları: Qız boksçuların yarışında 6 idmançımız finala yüksəlib, 4-ü bürünc medal qazanıb

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında qız boksçular arasında yarımfinal döyüşləri keçirilib. Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə Azərbaycanın 6 idmançısı finala vəsiqə qazanıb, 4-ü bürünc medala yiyələnib.

Aysel Fərəcova (46 kq) yarımfinalda Ruxşonabonu Ahadova (Özbəkistan) ilə qarşılaşıb. Boksçumuz rəqibini 4:1 (29:28, 30:27, 30:27, 27:30, 29:28) hesabı ilə məğlub edib. O, finalda Viktoriya Klimova (Rusiya) ilə üz-üzə gələcək.

Əminə Tağı (50 kq) da komanda yoldaşının uğurunu davam etdirib. Avropa çempionumuz Arina Kmitaya (Belasus) gücünü göstərib – 4:1 (30:27, 29:28, 28:29, 30:27, 30:27). O, finalda Nazokat Mardonova (Özbəkistan) ilə döyüşəcək.

Cəmilə Muradlı (54 kq) yarımfinalda Adelayda Sadvakassovadan (Qazaxıstan) üstün olub. Təmsilçimiz rəqibini 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Muradlı finalda Kumriniso Muhammadova (Özbəkistan) ilə münasibətinə aydınlıq gətirəcək.

Aynur İsmayılovaya (60 kq) qələbə üçün 1 dəqiqə 24 saniyə kifayət edib. Boksçumuz Furug Sarhaszodaya (Tacikistan) tam üstünlüklə qalib gəlib. O, finalda Jasmin Abramianla (Qazaxıstan) qüvvəsini sınayacaq.

Gülər Hüseynova (48 kq) da döyüşü vaxtından əvvəl xeyrinə bitirib. Boksçumuz Şahnozabonu İmomaliyevaya (Özbəkistan) tam üstünlüklə qalib gəlib. O, həlledici döyüşdə Darya Qavrinanı (Rusiya) sınağa çəkəcək.

Fidan Bakarova (63 kq) isə Zlata Konovalovanı (Rusiya) məğlub edib. Rəqibi üzərində 4:1 (29:28, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə qələbə qazanan milli üzvü finalda Ruşanabonu İsoyeva (Özbəkistan) ilə qarşılaşacaq.

Həlledici görüşlər oktyabrın 4-də keçiriləcək.

Digər boksçularımızdan Aylin Nəzərova (46 kq), Zəhra Məmmədova (52 kq), Azərpur Mirruqəyya (57 kq) və Səma Abbasova (66 kq) MDB Oyunlarını bürünc medalla başa vurublar.

Qeyd edək ki, oğlan boksçuların yarımfinal döyüşləri oktyabrın 3-də təşkil olunacaq.

Previous Post

"Süni intellekt və musiqinin vəhdəti" adlı layihəsi keçirildi - FOTOLAR

Next Post

İlham Əliyevin Kopenhagendə Ukrayna Prezidenti ilə görüşü olub - FOTOLAR

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.