Son günlər ictimaiyyətdə Bakı metrosunda gedişhaqqının artırılacağı ilə bağlı müzakirələr gündəmə gəlib.
Nəzər.Media saytının məlumatına görə , sosial şəbəkələrdə və ictimai rəydə qiymətlərin dəyişəcəyi ilə bağlı fərqli fikirlər səslənir.
Bəzi ekspertlər artım ehtimalını qaçılmaz sayır, digərləri isə mövcud tariflərin saxlanılmasının vacibliyini vurğulayır.
Məsələ ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, qurumun metro nəqliyyat növündə gediş haqqı tariflərini tənzimləmək səlahiyyəti yoxdur: “Həmçinin “Bakı Metropoliteni” QSC-də tariflərə yenidən baxılması barədə hər hansı məlumat mövcud deyil”.
