• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Gündəm

Metroda xətlər ayrılır: İşlər nə vaxt bitəcək?

20 Yanvar, 26 / 11:44
A A
Metroda xətlər ayrılır: İşlər nə vaxt bitəcək?

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

“Xətlərin ayrılması layihəsi hazırda bizim başladığımız işlərin ardıcıllığına uyğun şəkildə davam etdirilir”.

Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində 28 May və Cəfər Cabbarlı stansiyalarının yaxınlığında yerləşən iki qazma-hazırlıq şaxtasında işlər artıq tamamlanıb. Hazırda tunel səviyyəsinə enilib və xətlərin fiziki olaraq ayrılması üçün hazırlıq mərhələsinə start verilib. İnşaat işləri ərazinin geoloji xüsusiyyətləri nəzərə alınmaqla xüsusi və etibarlı üsullarla aparılır. Xətlərin fiziki ayrılması prosesinin ümumilikdə 11 ay davam edəcəyi gözlənilir.

Bəxtiyar Məmmədov bildirib ki, paralel olaraq digər infrastruktur layihələri də icra olunur. Belə ki, 28 May və Cəfər Cabbarlı stansiyaları arasında yeni piyada tunelinin qazıntı işlərinə başlanılıb. “İçərişəhər” stansiyasının yaxınlığında isə dönmə kamerasının inşası üçün kommunikasiya xətlərinin köçürülməsi mərhələsi həyata keçirilir. Qeyd olunub ki, bu işlər ətrafdakı binalara və mövcud infrastruktura zərər vurulmadan aparılır.

Açıqlamada Dərnəgül Elektrik Deposunda da işlərin davam etdiyi vurğulanıb. Bildirilib ki, birinci mərhələ üzrə yol infrastrukturu tamamlanıb, qatarların təmiri və baxışı üçün nəzərdə tutulan 7 sahənin inşasına başlanılıb. Eyni zamanda Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə həm avtomobil, həm də piyada ötürücü tunelinin inşası açıq üsulla davam etdirilir.

Bəxtiyar Məmmədovun sözlərinə görə, bu il ərzində xətlərin ayrılması layihəsi üzrə əsas işlərə start veriləcək, növbəti il isə xətlərin fiziki olaraq tam ayrılması nəzərdə tutulur. Bundan əlavə, cari il ərzində iki elektrik yarımstansiyasının inşasına başlanılması planlaşdırılır.

//milli.az

Previous Post

Bakıya qar yağır - Faktiki hava

Next Post

Hərəkətdə olan avtomobil yandı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.