Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Giresunda baş verib.
Qəza zamanı mikroavtovus və minik avtomobili toqquşub. Hadisə zamanı 13 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
