FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Azərbaycan yığması reytinqdə üç pillə geriləyib.
Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv 1148 xalla 122-ci yerdə qərarlaşıb.
Reytinqə 1885.36 xalla son dünya çempionu Argentina millisi başçılıq edir. Avropa çempionatının son qalibi İspaniya yığması (1867.09) ikinci, Fransa seçməsi (1862.03) üçüncüdür.
//milli.az
