• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Milliyə gələn MİLLİ RUH: Santuşdan sonrakı dönüş nöqtəsi

10 Sentyabr, 25 / 19:01
A A
Milliyə gələn MİLLİ RUH: Santuşdan sonrakı dönüş nöqtəsi

Futbol yalnız meydanda oynanan 90 dəqiqəlik oyun deyil. O, həm də ruh, enerji, birlik və inam məsələsidir. Azərbaycan millisinin son aylardakı çıxışı isə bu həqiqəti bir daha göstərdi. Portuqaliyalı mütəxəssis Fernando Santuşun gedişindən sonra yığmamız sanki nəfəs aldı, meydanda daha motivasiyalı, daha döyüşkən və daha azad futbol sərgiləməyə başladı.

Santuş dövrü – böyük ad, kiçik nəticələr

Fernando Santuşun adı futbol aləmində böyük nüfuz qazanmışdı. O, 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu olmuş, həmçinin bir sıra tanınmış klublarda uğurlu işlər görmüşdü. Lakin Azərbaycan yığmasında eyni uğuru təkrarlaya bilmədi. Təcrübəsi böyük olsa da, onun idarəçilik üslubu komandaya uyğun gəlmədi. Futbolçuların meydandakı hərəkətləri çərçivəyə salınmış, yaradıcılıq imkanları məhdudlaşdırılmışdı. Ən önəmlisi isə oyunçularda ruh düşkünlüyü açıq-aşkar hiss olunurdu.

Dəyişiklik küləyi

Santuşun istefası ilə komandada yeni bir səhifə açıldı. Gəldi azad oyun, milli ruh, meydanda bir-birinə dayaq olan futbolçular. Artıq futbolçular oyundan zövq almağa başlayıb, meydanda daha cəsarətli qərarlar verirlər. Qapıya doğru hər hücumda, müdafiədə hər mübarizədə bu dəyişikliyi görmək mümkündür.

Ən önəmlisi isə, azarkeşlərlə milli komanda arasında itmiş bağ yenidən qurulmağa başlayıb. Stadionda dəstəyin səsi əvvəlkindən daha gur gəlir, sosial mediada inamlı mesajlar artır.

Nəticələr danışır

Son oyundakı qazanılan bir xal göstərir ki, milli sadəcə “oynayan komanda” deyil, həm də “uğurlu nəticəyə ac komanda”ya çevrilib. Ötən gün Ukrayna ilə oyunda qazandığımız bərabərlik, göstərilən mübarizə və oyun intizamı artıq təsadüfi görünmür. Komanda üzvləri meydanda bir-birini tamamlayır, liderlik xüsusiyyətləri ortaya çıxır.

Azarkeşlərin arzusu – davamlılıq

Əlbəttə, bir oyunla böyük nəticələr çıxarmaq düzgün olmaz. Amma futbolçuların gözündəki işıq, meydandakı mübarizə və nəticələr bu dəyişikliyin mövsümi deyil, köklü ola biləcəyinə işarədir. Əsas məsələ bu yüksəlişin davamlı xarakter almasıdır.

Fernando Santuşun gedişi ilə başlayan bu yeni dövr göstərdi ki, millimizin gücü – elə millətin öz ruhunda, birliyində və inamındadır.

//Orxan Əngəlsiz

Previous Post

İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib - VİDEO - FOTOLAR

Next Post

Azərbaycan Turizm Bürosu Seul şəhərində şəbəkələşmə tədbiri keçirib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.