Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Sinopda baş verib.
Qəza zamanı minik avtomobili və yük maşını toqquşub. Zərbənin nəticəsində avtomobil su kanalına aşıb. Hadisə zamanı avtomobilin sürücüsü olan xanım və onun 3 yaşlı oğlu yaralanıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
